SON XƏBƏRLƏR

PREZİDENTLƏRİN GÖRÜŞÜNDƏN SONRA BİR BƏYANNAMƏ və DÖRD SƏNƏD İMZALANIB

2021.10.20, 07:36
PREZİDENTLƏRİN GÖRÜŞÜNDƏN SONRA BİR BƏYANNAMƏ və DÖRD SƏNƏD İMZALANIB

Gunaz.tv
PREZİDENTLƏRİN GÖRÜŞÜNDƏN SONRA BİR BƏYANNAMƏ və DÖRD SƏNƏD İMZALANIB Bir qədər əvvəl Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü başa çatıb. «Media forum» saytı xəbər verir ki, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparılıb. Sonra dövlət başçıları dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. Bəyannamədə Cənubi Qafqaz və Xəzər dənizi regionunda təhlükəsizliyi təmin etmək, terrorçuluğa qarşı birgə mübarizə aparmaq haqda müddəalar da əksini tapıb. Rusiya ilə Azərbaycan arasında daha 4 sənəd - Xarici İşlər nazirlikləri arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş, Daxili İşlər nazirlikləri arasında tranzit yüklərin mühafizəsi sahəsində qarşılıqlı fəaliyyət haqqında memorandum, gömrük qurumları arasında gömrük hüquq pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş, Rusiya Dövlət Əmlak Komitəsi və Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında saziş də imzalanıb. aliyev_medvedyev_iyul_2008_3.jpg aliyev_medvedyev_iyul_2008_1.jpg aliyev_medvedyev_iyul_2008_2.jpg «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar