SON XƏBƏRLƏR

Qaşqay türklərindən olan tanınmış musiqi ustadı vəfat edib

2021.10.20, 07:36
Qaşqay türklərindən olan tanınmış musiqi ustadı vəfat edib

Gunaz.tv

GünAz TV: Qaşqay türklərinin böyük musiqi ustadı Fərhad Qorqinpur 70 yaşında dünyasını dəyişib.

 

Uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan musiqiçi oktyabrın 31-də Şirazın Namazi Xəstəxanasında vəfat edib.

 

Fərhad Qorqinpur 1948-ci ildə Şiraz şəhərində Qaşqay türkü ailəsində dünyaya göz açıb. Doğulduğundan gözləri zəif görən musiqiçi 50 yaşında görmə qabliyyətini təmami ilə itirib. Buna baxmayaraq o akkordeon ifaçısı kimi böyük musiqi ustadına çevrilib.

 

Fərhad Qorqinpur ədəbiyyat sahəsində də fəal olub, “Qərib və Sənəm” və “Koroğlu” kitabları onun məşhur əsərlərindəndir.

 

Fərhad Qorqinpurun atası Həbib setar ifaçısı olub, onun kor və ya görmə qabliyyəti zəif olan Mustafa, Frud, Fərhad və Pəriçöhr adlı 4 övladı olub. Həbib Qorqinpurun bütün övladları musiqi sahəsində ustad olub.

 

Fərhad Qorqinpur cümə günü, noyabrın 1-də Abadə şəhərinin qəbiristanlığında dəfn olunacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar