SON XƏBƏRLƏR

QAT Qarabağla bağlı vahid sənəd hazırlayıb

2021.10.20, 07:36
QAT Qarabağla bağlı vahid sənəd hazırlayıb

Gunaz.tv
QAT Qarabağla bağlı vahid sənəd hazırlayıb qarabag.jpg Sənəd imzalanmaq üçün ictimai-siyasi təşkilatlara təqdim olunub Qarabağ Azadlıq Təşkilatı (QAT) erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair cəmiyyətdə vahid mövqenin formalaşdırılması istiqamətində təşəbbüslə çıxış edib. Bu məqsədlə iyunun 20-də Dəyirmi Masa keçirilib, bir çox siyasi və ictimai qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb və həmin müzakirələrin nəticəsi olaraq vahid sənəd hazırlanıb. QAT Ali Məclisinin qərarıyla həmin sənəd bu gündən başlayaraq imza edilmək üçün siyasi və ictimai təşkilatlara, ictimai və siyasi xadimlərə təqdim olunur. Rəvan QAT-ın yaydığı bəyanatda bildirilir ki, bu sənədin hazırlanması və imzalanmaq üçün təqdim olunması Qarabağ məsələsi ilə bağlı bir sıra tələblərin artıq konkret qoyulması, nəticəsiz danışıqların dayandırılması, işğalçılara qarşı qətiyyətli addımların atılması zərurətindən irəli gəlib. Cəmiyyət öz mövqeyini birlikdə və açıq şəkildə ortaya qoymalıdır. İmza olunmaq üçün təqdim olunan sənəddə ATƏT-in Minsk qrupu həmsədrlərinin obyektiv mövqe tutmamasına, "Madrid prinsipləri" adı altında təklif olunan təməl prinsiplərinin Azərbaycanın maraqlarına uyğun olmamasına və mahiyyət etibarı ilə beş, yaxud yeddi rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın rəsmiləşdirilərək Ermənistana verilməsinə xidmət etdiyinə diqqət çəkilir. O cümlədən Ermənistanın hazırkı rəhbərliyinin, o cümlədən Serj Sarkisyanın və Seyran Ohanyanın Azərbaycan xalqına qarşı qanlı terror aktlarına, Xocalı soyqırımına birbaşa rəhbərlik etdiklərinə, bəzi beynəlxalq qurumların "xalq diplomatiyası" adı altında Azərbaycan cəmiyyətində təslimçilik xəttini yeritməyə cəhd göstərmələrinə toxunulur. Sənəddə təklif olunur ki, Serj Sarkisyan, Seyran Ohanyan kimi hərbi canilərin rəhbərlik etdikləri Ermənistan rejimi ilə hər hansı birbaşa danışıqlardan, təmaslardan, torpaqlarımız işğaldan azad olunana qədər "xalq diplomatiyası"nın zərərli formalarından imtina edilsin. Beynəlxalq təşkilatların nümayəndələrinin, vasitəçilərin Dağlıq Qarabağa Ermənistan ərazisindən səfərlərinə də yol verilməsin və Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə "Madrid prinsipləri" əsasında aparılan və Azərbaycanın maraqlarına zidd olan danışıqlar dərhal dayandırılsın. Hakimiyyət də "sülh yolu" deyilən variantın müddətini müəyyənləşdirsin, həmin vaxt nəticəsiz bitdikdən sonra güc tətbiqi ilə torpaqlarımızın işğaldan azad edilməsinə başlansın. Xatırladaq ki, BAXCP sədri Qüdrət Həsənquliyev də dəfələrlə torpaqların azad edilməsi üçün Ermənistana konkret zaman ayrılmasını, işğalçı dövlət bunu etməzsə, Azərbaycanın hərbi əməliyyatlarla torpaqlarını azad olunmasına başlamasını zəruri saydığını bəyanlayıb. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar