SON XƏBƏRLƏR

Qaz əvəzinə Dağlıq Qarabağ və ya ruslara inanmaq olarmı?. Əziz Mustafa

2021.10.20, 07:36
Qaz əvəzinə Dağlıq Qarabağ və ya ruslara inanmaq olarmı?. Əziz Mustafa

Gunaz.tv
yazar_5.jpg Əziz Mustafa [email protected]/* */ Qaz əvəzinə Dağlıq Qarabağ və ya ruslara inanmaq olarmı? Rusiyanın yeni prezidenti Dmitri Medvedev Cənubi Qafqaza ilk səfərini Moskvanın bölgədə forpostu olan Ermənistana deyil, Azərbaycana etdi. Halbuki hələ bir neçə ay bundan əvvəl Rusiyanın tanınmış politoloqları ölkənin yeni prezidentinə indiki vəziyyətdə nə Azərbaycana, nə də Ermənistana səfər etməməyi məsləhət görürdülər. Belə bir fikir vurğulanırdı ki, guya Medvedevin öncə Azərbaycana və ya Ermənistana səfəri Bakı və Yerevanı Moskvadan incik sala bilər. Buna baxmayaraq regionda baş verən hadisələr, o cümlədən Qərbin inadla “Nabukko” qaz kəməri layihəsinin reallaşdırılması üçün qətiyyətli addımlar atması Moskvanı yenidən Bakının ayağına gəlməyə məcbur etdi. Zənnimizcə, məhz bu baxımdan Rusiya prezidenti Qafqaza ilk səfərini Ermənistana deyil, Azərbaycana etdi. Medvedevin Bakıda apardığı danışıqlardan sonra tərəflər Azərbaycan qazının Rusiya tərəfindən alınması ilə bağlı danışıqların davam etdirilməsi barədə razılığa gəldilər. Bunun əvəzində isə iki ölkə prezidentləri tərəfindən imzalanan birgə bəyannamədə Rusiya Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini rəsmi şəkildə təsdiqləmiş oldu. Əlbəttə, diplomatik baxımdan Rusiya prezidentinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və münaqişənin bu çəçrivədə həllini tələb edən bəyannamənin altına imza atması ölkəmiz üçün xarici siyasət sahəsində əldə edilən uğur kimi dəyərləndirilə bilər. Təsadüfi deyil ki, Medevedevin bu addımı əksər siyasi ekspertlər tərəfindən Rusiyanın Azərbaycan qazını alaraq əvəzində münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə imkan verəcəyi barədə müxtəlif fikirlərin səslənməsinə səbəb olub. Onların dediklərindən belə çıxır ki, guya bu məsələdə Azərbaycanla Rusiya arasında hansısa siyasi alver gedir. Amma inanmaq çətindir ki, Rusiya hərbi-strateji əhəmiyyət kəsb edən Dağlıq Qarabağ probleminin həllində özünün müttəfiqi Ermənistanın deyil, Azərbaycanın maraqlarını təmin edən hansısa addımlar atsın. Zənnimizcə, Rusiya prezidentinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini və münaqişənin də bu yöndə aradan qaldırılmasını nəzərdə tutan bəyannaməni imzalaması, sadəcə olaraq, ölkəmizi yeni oyunlara çəkmək niyyətinə xidmət edən diplomatik gedişdən başqa bir şey deyil. İş orasındadır ki, Azərbaycanı bu oyuna cəlb etməklə Rusiya həm “Nabukko”nun reallaşmasını təhlükə altına almaq, həm də Qərbdə Azərbaycanın simasında etibarsız tərəfdaş obrazı formalaşdırmaq niyyətindədir. Rusiya istəyinə nail olandan sonra çətin ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan versin. Üstəlik, unutmaq olmaz ki, Rusiyanın xarici siyasət kursunu Medvedev deyil, faktiki olaraq baş nazir postunda ölkəni idarə edən Vladimir Putin müəyyən edir. Putinin isə Ermənistanın maraqlarını Azərbaycana qurban verəcəyini və Dağlıq Qarabağ münaqişəsini bizim istədiyimiz kimi həll etməyə razı olacağını ancaq siyasətdən başı çıxmayan naşı adamlar iddia edə bilərlər. Zənnimizcə, Rusiya yenə də yaranmış vəziyyəti öz xeyrinə həll etməyə və buna nail olmaq üçün son nəticədə bizə heç nə verməyəcək siyasi manevrlərə baş vurur. Nəhayət, Azərbaycan, ola bilsin ki, Rusiyanın bizə təklif etdiyi oyuna girməklə münaqişənin həllinə münasibətdə pərdə arxasından Ermənistana dəstək verən Qərbə bir növ xəbərdarlıq etmiş olur. Eyni zamanda inanmaq çətindir ki, Bakı “Nabukko”dan imtina edərək qazını Rusiyanın monopoliyasına versin. Ola bilsin ki, Bakı öz qazının satılması barədə Moskva ilə danışıqlara başlamaqla, sadəcə olaraq, vaxt udmaq istəyir. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar