“Qərbi Azərbaycanda avtomagistral yol yoxdur”

14.02.2020, 11:02

GünAz TV: Qərbi Azərbaycan Polis İdarəsinin rəisi polkovnik Hüseynzadə təmsil etdiyi əyalətdə baş verən yol qəzaları ilə bağlı danışarkən əyalətdə avtomagistral yollarının (azad rah) olmadığını bildirib.

 

“Son 10 ay ərzində Qərbi Azərbaycanda yol qəzalarında ölənlərin sayı 17 faiz, xəsarət alanların sayı isə 7 faiz artıb. Ölüm faktı ən çox Qoşaçay (12 faiz) və Makı (11 faiz) yollarında, eləcə də Urmiya-Xoy yolunda (11 faiz) qeydə alınıb.

Yol qəzalarının sayı həftə sonu artır. Tətil günlərində baş verən qəzalar bütün yol-nəqliyyat hadisələrinin 46 faizini təşkil edir.”- deyə o bildirib.

 

Polis rəisi sözlərinin davamında əyalətin yollarından danışıb. O bildirib ki, Qərbi Azərbaycanda 280 kilometr şəhərlərarası magistral yol və 11 min kilometr kənd yolu var. Bu əyalət üç ölkə ilə həmsərhəddir, buna baxmayaraq  avtomagistral yolu yoxdur.

 

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"Traxtur" klubuna yeni menecer təyin edilib

2022-08-11

gun az article

Ərdəbil Polad Şirkəti tarixi Qara Həsənli məkanını dağıdır

2022-08-11

gun az article

Muğanda Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-08-11

gun az article

Türkiyə ordusu Güney Azrbaycana torpaq iddiası edən terrorçunu Suriyada öldürüb

2022-08-11

gun az article

Güneyli rejissor Zunuzun ekoloji problemləri ilə bağlı sənədli film çəkib

2022-08-11

gun az article

“Görüş”də müzakirə: “İranin Azərbaycana qarşı düşmənçiliyi davam edir” və “İran rejiminin məhərrəmçilikdən sui-istifadəsi”- VİDEO

2022-08-11

gun az article

Xudafərinli müəllim sərbəst buraxılıb

2022-08-11

gun az article

Milli fəal Behnam Zareinin həbsi ilə bağlı qərar qüvvədə saxlanılıb

2022-08-11

gun az article

Qərbi Azərbaycanda minlərlə dərs otağı çatışmır

2022-08-10

gun az article

SEPAH mediası Mirhüseyn Musəviyə qarşı hücuma başlayıb

2022-08-10

gun az article

Şərqi Azərbaycanın 6 şəhərində təhlükəli vəziyyət elan olundu

2022-08-10

gun az article

Güneyli müəllim Əhər zindanına köçürülüb

2022-08-10

gun az article

İranda qaşqay mədəni fəal həbs edilib-VİDEO

2022-08-10

gun az article

“Özümüz” proqramında müzakirə: “Səfəvi imperiyası: təriqətdən şəriətə” -VİDEO

2022-08-10

gun az article

Güneyli məhbus barədə yeni cinayət işi açılıb

2022-08-10

gun az article

Şərqi Azərbaycanda işsizlərin 68 faizi universitet məzunlarıdır

2022-08-10

gun az article

Həmədanda qaz borusu partlayıb-Ölən və yaralananlar var

2022-08-10

gun az article

"Onun divarda “Ya Hüseyn” yazması dini məsələ deyil"-Əhməd Obalı-VİDEO

2022-08-09

gun az article

Muğanda "yaşıl soyqırım": Yüzlərlə çoxillik ağac kəsilib-VİDEO

2022-08-09

gun az article

Milli fəal Ruzbeh Pirinin xəstəxanaya köçürülməsinə icazə verilmir

2022-08-09