SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 114 nəfərə çatıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 114 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 114 nəfərə çatıb.

 

 

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1904 nəfərə çatdığını bildirib.

 

 

Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 52 nəfərdə infeksiya aşkarlanıb.

  

 

Güney Azərbaycanın Zəncan əyalətində isə rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 883 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 8 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 90 nəfərə çatıb. 

 

 

Həmədan əyalətində də son məlumata əsasən, koronavirus infeksiyasına yoluxanların sayı 700, ölənlərin sayı isə 82 nəfərə çatıb.

  

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir. 

 

Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Şərqi Azərbaycan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıblar.

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar