SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın Bukan şəhərində müxtəlif səbəblərə görə baş verən davaların sayı artıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanın Bukan şəhərində müxtəlif səbəblərə görə baş verən davaların sayı artıb

Gunaz.tv

GünAz TV: Novruz bayramından sonra Qərbi Azərbaycanın Bukan şəhərində müxtəlif səbəblərə görə baş verən davaların sayı artıb.

 

“Gənc Müxbirlər Klubu”nun yaydığı xəbərə görə, bu barədə Bukan Şəhər Polis İdarəsinin rəisi Salman Heydəri məlumat verib.

“Təəssüflər olsun ki, dava və münaqişələrin əksəriyyəti kobud davranış və zorakı hərəkətlərdən irəli gəlir. Hesab eliyirəm ki, münaqişələrə səbəb olan amillər daha dəqiq araşdırılmalıdır. Cari ilin  (İranda yeni il Novruz bayramında başlayır) birinci ayında Bukanda müxtəlif səbəblərə görə baş verən davaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz artıb. Səlahiyyətli rəsmi şəxslər bu vəziyyəti həyəcan təbili kimi qəbul etməlidir.”- deyə o bildirib.

 

Polis rəisi sözlərinin davamında insanlar arasında münaqişələrin artmasını böyük ictimai problem kimi qiymətləndirib. O bildirib ki, vəziyyət daha da pisləşmədən səlahiyyətli məsullar, ailələr və cəmiyyət bu məsələnin qarşısında məsuliyyət hiss etməli, bu istiqamətdə əllərindən gələni etməlidilər. Hesab eliyirəm ki, vəziyyəti yaxşılaşdırmaq üçün maarifləndirmə işləri və mədəni tədbirlərə ehtiyac var.

 

Qeyd edək ki, narkomaniya və işsizliyin bütün şəhər və kəndləri bürüməsi, həmçinin ölkədə fərdi və ictimai azadlıqların məhdud olması İran və Güney Azərbaycan cəmiyyətində bir çox ictimai problemlərə yol açıb. Küçə davalarının artması, eləcədə boşanma, intihar və cinayət faktlarının günü-gündən çoxalması ölkədə vəziyyətin heç də ürəkaçan olmadığını sübut edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar