SON XƏBƏRLƏR

Qəzvinin bələdiyyə başçısı tutduğu vəzifədən istefa verib - Səbəb?

2021.10.20, 07:36
Qəzvinin bələdiyyə başçısı tutduğu vəzifədən istefa verib - Səbəb?

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qəzvin şəhərinin bələdiyyə başçısı tutduğu vəzifədən istefa verib.

 

Əli Səfəri Qəzvin Şəhər Şurasının keçirdiyi iclasda istefasını elan edib.

 

İstefa ilə bağlı qərarının qəti olduğunu bildərən Ə.Səfəri bunun üçün qanedici səbəblər olduğunu bildirib. “İstefam Şəhər Şurası tərəfindən qəbul olunduqdan sonra bu barədə fikirlərimi açıqlayacam”- deyə o vurğulayıb.

 

Qəzvin Şəhər Şurasının üzvü Fərəculla Fəsihi Raməndi istefa ərizəsinin Şura üzvlərinə təqdim olunduğunu qeyd edərək bu məsələnin şənbə günü keçiriləcək iclasda müzakirə olunacağını bildirib.

 

Əli Səfəri 2017-ci ilin yay aylarında Şəhər Şurası tərəfindən Qəzvin Bələdiyyə İdarəsinin icraçı direktoru, sonralar isə bələdiyyə başçısı vəzifəsinə təyin olunub. Son iki ayda onun fəaliyyəti ilə bağlı müxtəlif problemlərin yaşandığı barədə şayiələr yayılmışdır.

 

Şəhər Şurası və Bələdiyyə İdarələrində maliyyə pozuntuları və rüşvətxorluqla bağlı bir çox Güney Azərbaycan şəhəri, o cümlədən Təbriz şəhərində vaxtaşırı problemlər ortaya çıxır. Hətta şura üzvləri, Bələdiyyə işçiləri və Bələdiyyə İdarəsi ilə işləyən bir neçə podratçı saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. Lakin Qəzvin bələdiyyə başçısı Ə.Səfərinin hansı səbəbdən istefa verdiyi hələlik məlum deyil.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar