SON XƏBƏRLƏR

Qırğızıstanda ağır enerji böhranı

2021.10.20, 07:36
Qırğızıstanda ağır enerji böhranı

Gunaz.tv
Qırğızıstanda ağır enerji böhranı Qırğızıstan pik nöqtəsi qış aylarına düşəcəyi gözlənilən kəskin enerji qıtlığı ilə üzləşib. Ölkə prezidenti Kurmanbek Bakiyev etiraf edib ki, hakimiyyət dairələri elektroenerji və istiliyin fasiləsiz verilməsini təmin edə bilmirlər. Bu, son 17 il ərzində Qırğızıstanda ən ağır enerji böhranıdır. Güclü quraqlıq nəticəsində Toktoqul su anbarına az su daxil olduğundan oradakı su-elektrik stansiyası regionun elektroenerjiyə olan minimal tələbatını ödəyə bilmir. Qıtlığı aradan qaldırmaq üçün hakimiyyət dairələri elektroenerjinin sərt qənaət rejiminə başlayıblar. Paytaxt Bişkəkdə işıqlar tez-tez kəsilir. Elektroenerji və isti suyun tarifləri 25% bahalaşıb. Qış ərəfəsində isə binaların böyük qisminin daş kömürlə qızdırılmasına keçid nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar