Qüdrət Həsənquliyev: "Moskva münaqişələrin həllinə imkan verməməklə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanı özündən asılı vəziyyətdə saxlamaq istəyir"

2008-06-02 17:26

"Rusiya əlverişli məqam axtarır" Qüdrət Həsənquliyev: "Moskva münaqişələrin həllinə imkan verməməklə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanı özündən asılı vəziyyətdə saxlamaq istəyir" "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda iy

Gunaz.tv Quote | Gunaz article

"Rusiya əlverişli məqam axtarır" Qüdrət Həsənquliyev: "Moskva münaqişələrin həllinə imkan verməməklə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanı özündən asılı vəziyyətdə saxlamaq istəyir" "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda iyunun 6-da keçiriləcək görüşü tanışlıq xarakteri daşıyacaq və bundan artığını gözləməyə dəyməz". Bunu ANS PRESS-ə açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. Onun fikrincə, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sələfi Robert Koçaryandan daha aqressiv mövqe tutacaq. Çünki Robert Koçaryan prezidentlik səlahiyyətlərini Serj Sarkisyana təhvil verərkən bəyan etmişdi ki, bundan sonra Ermənistan daha sərt mövqe nümayiş etdirməlidir: "Bu baxımdan, bu cür görüşlərin Dağlıq Qarabağ probleminin həllinə hər hansı təsiri yoxdur. Azərbaycan yalnız öz gücünü artırmalı, güclü dövlət qurmalı və öz torpaqlarını hərb yolu ilə həll etməlidir". "XC" Qüdrət Həsənquliyev hesab edir ki, prezidentlərin görüşünü təşkil edən Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: "Rəsmi Moskva narahatdır ki, Serj Sarkisyan saxta yolla prezident seçilib, prezidentlik kürsüsünü ələ keçirmək üçün öz xalqına divan tutub və beynəlxalq aləmdə ona münasibət olduqca pisdir. Rusiyanın qorxusu ondan ibarətdir ki, birdən Qərbdən Ermənistana təzyiq olar və rəsmi İrəvan hansısa güzəştlərə gedə bilər. Ona görə də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, problemin hərb yolu ilə həlli mümkün deyil. O, bu bəyanatı ilə Serj Sarkisyanı arxayınlaşdırmaq istəyirdi ki, heç bir təzyiq qarşısında geri çəkilməsin və bölgədə müharibənin başlaması ehtimalı yoxdur". BAXCP sədrinin fikrincə, Rusiya hakimiyyəti postsovet məkanındakı münaqişələrin olduğu vəziyyətdə qalması üçün əlindən gələni edəcək: "Rusiya münaqişələrin həllinə imkan verməməklə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanı özündən asılı vəziyyətdə saxlamaq istəyir. O, əlverişli vəziyyət gözləyir ki, hansısa məqamda ötən əsrin əvvəllərindəki hadisələri təkrarlasın və keçmiş sovet respublikalarından ibarət imperiyanı bərpa etsin". Qüdrət Həsənquliyev deyir ki, Sankt-Peterburq görüşü prezident İlham Əliyevin sərt bəyanatları ilə yadda qalmalıdır: "Bu yaxınlarda dövləti başçısı öz çıxışında bəyan etdi ki, 2009-cu ildə Azərbaycan daha sərt mövqedən çıxış edəcək. Mən bir müddət əvvəl ANS PRESS-ə açıqlamamda bildirmişdim ki, 2009-cu il Qarabağın azadlığı ili olmalıdır. Prezident də dolayısı ilə məhz bunu deyirdi. Ümid edirəm ki, prezident İlham Əliyev Ermənistan prezidenti qarşısında ortaya sərt mövqe qoyacaq". Millət vəkilinin fikrincə, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışı buna ümid verir. www.xalqcebhesi.az
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV May.18.2021-Özümüz: Partlar (Əşkanlılar)

2021-05-18

gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17