SON XƏBƏRLƏR

Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

2021.12.03, 09:16
Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

Gunaz.tv

Urmu gölünün quruması və hökumətin bərpa işlərinə məsuliyyətsiz yanaşmasına etiraz edən milli-mədəni və ətraf mühit fəalları Kərəc şəhərində minlərlə yazılı vərəqələr paylayıb, divarlara çox sayda afişalar yapışdırıblar.


Kərəcin əksər bölgələrinin divarlarına yapışdırılan afişalarda “Urmu gölü susuzdu, millət oyanmasa uduzdu” və “Oyan Aqzərbaycan” şüarları yazılıb.


Dekabrın 2-də həyata keçirilən aksiya kərəclilərin diqqətini cəlb edib və sosial mediada geniş işıqlandırılıb.

Bundan öncə son bir həftə içində oxşar aksiya Ərdəbil, Təbriz, Zəngan və Güney Azərbaycanın başqa şəhərlərində də keçirilib.


C.E
 

content_image_1638453098.jpg

content_image_1638453119.jpg

content_image_1638453141.jpg

content_image_1638453160.jpg

content_image_1638453182.jpg

content_image_1638453203.jpg

content_image_1638453222.jpg

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar