SON XƏBƏRLƏR

“Qərçək” zindanında vərəm tüğyan edir-Yüzlərlə məhkum ağır durumdadır

2022.06.21, 06:59
“Qərçək” zindanında vərəm tüğyan edir-Yüzlərlə məhkum ağır durumdadır

Gunaz.tv

Məhbusların doğmalarının bildirdiyinə görə, yüzlərlə məhkumun vərəmə yoluxduğu zindanda səhiyyə xidməti yox səviyyəsindədir.

Xəstəliyə yoluxan məhkumlar başqa məhbuslarla eyni yerdə saxlanılır.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, zindan rəhbərliyi məhkumlar və onların ailələrinin müraciətlərinə heç bir əhəmiyyət vermir.

“Anamın sağlıq durumu ilə bağlı müraciətlərimiz nəticəsiz qalıb. Bu günə kimi yoluxan xəstələrin karantinaya alınması və başqa məhbuslardan ayrılmaları barədə heç bir iş görülməyib.

Zindan rəhbərliyi məhkumlara bildirib ki, bu xəstəliyə yoluxsanız, immunitet sisteminiz xəstəliklə mübarizə aparacaq”-deyə, məhkum qadınlardan birinin oğlu bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə “Qərçək” zindanının dözülməz şəraiti ilə bağlı  əslən Zəngan şəhərindən olan tanınmış hüquq müdafiəçisi, İran İnsan Haqları Birliyinin sədr müavini, siyasi məhbus Nərgiz Məhəmmədi və hüquq müdafiəçisi Aliyə Mətləbzadə açıq məktub yazıblar.

Hüquq müdafiəçiləri həbsxana şəraitinin dözülməz olduğunu və qadın məhbusların həyatına qarşı laqeyd yanaşıldığını bildirib.

Bundan öncə quşçuluq ferması kimi istifadə olunan “Qərçək” zindanı sonradan narkomanların saxlanma mərkəzinə, daha sonra isə qadın məhkumların cəzaçəkmə müəssisəsinə çevrilib və hazırda orada 1200 məhkum  saxlanılır.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar