SON XƏBƏRLƏR

Brüsseldə Prezident İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü keçirilib

2022.05.23, 05:03
Brüsseldə Prezident İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü keçirilib

Gunaz.tv

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ermənistan Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işə başlaması barədə razlıq əldə edilib.

Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması istiqamətində iş prosesi razılaşdırılıb.

Həmçinin iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə hazırlıq məsələləri müzakirə edilib.

Növbəti üçtərəfli görüşün iyul yaxud avqust aylarında keçirilməsi barədə razılıq eldə edilib.

 "Azərbaycan və Ermənistan XİN başçıları yaxın həftədə sülh müqaviləsi üzrə danışıqları davam etdirəcəklər". 

Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavab veərərkən deyib.

“Liderlər sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi barədə razılıq əldə etdilər. XİN rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyəti qarşıdakı həftədə prosesi davam etidrmək üçün görüşəcəklər“- deyə Mişel bildirib.

Aİ rəsmisi həmçinin bildirib ki, danışıqlar zamanı Qarabağ əhalisinin təhlükəsizliyi ilə bağlı məsələnin müzakirəsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, sosial-iqtisadi inkişafla bağlı birgə işçi qrup işini davam etdirəcək.
“Sosial-iqtisadi inkişafla bağlı Avropa İttifaqı hər iki tərəflə işini davam etdirəcək. 

Bu iş konsaltinq qripları çərçivəsində hər iki ölkənin və onların əhalisinin rifahı üçün aparılacaq”.
Mişel bildirib ki, liderlərin növbəti görüşü yayda keçiriləcək.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşün yekununa dair bəyanatla çıxış edib. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar