İranda fars dilindən düzgün istifadə etməyənlər cəzalandırılacaq- Nazirdən xəbərdarlıq-VİDEO

22.10.2021, 12:16

İranın islami İrşad və Mədəniyyət naziri Məhəmmədmehdi İsmaili fars dili, əlifbası və mədəniyyətindən geniş və düzgün istifadə edilməsi ilə bağlı yeni tədbirlərin görülməsi barədə sərəncamlar verildiyini deyib.

Gunaz.tv Quote | Gunaz article

Fars Dili və Ədəbiyyatı Akademiyasının başçısı Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən toplantıda nazir fars dilindən istifadədə yanlışlığıa yol verən şəxslər, şirkətlər və qurumlara xəbərdarlıq sisteminin hazırlandığını bildirib.

Fars dilinin olduqca önəmli olduğunu vurğulayan nazir ondan daha geniş və düzgün istifadə edilməsi üçün daha sərt qaydaların tətbiq oluna biləcəyini qeyd edib.

Məhəmmədmehdi İsmaili Əli Xamneyi və İbrahim Rəisi də daxil olmaqla ölkə rəhbərliyinin fars dili və ədəbiyyatının inkişafı və inkişafı barədə təkliflərini xatırladıb, məsuliyyət daşıdığı dövrdə bu sahədə heç bir səhlənkarlığa icazə verməyəcəyini söyləyib.

Fars Dili və Ədəbiyyatı Akademiyasının başçısı Qulaməli Həddad Adil isə bütün şəhərlərin bələdiyyələrinə məsələ ilə bağlı tapışırıqlar verilməsini istəyib.

O, bələdiyyələri şəhər səviyyəsində fars dili və ədəbiyyatından istifadə ilə bağlı lövhələr quraşdırmağa çağırıb. 

Bundan öncə seçki kampaniyası zamanı İbrahim Rəisi və seçkidən sonra onun İslami İrşad və Mədəniyyət və Təhsil nazirləri kimi təklif etdiyi hər iki nazir İranda yaşayan qeyri-fars xalqların dil və mədəniyyətlərinin inkişafı barədə vədlər vermişdilər.

Onlar ölkədə yaşayan xalqların öz ana dillərinndə təhsil hüquqlarının nəzərə alınacağını, bu istiqamətdə tədbirlər görəcəkləri bildirmişdilər.

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeyginin ana dilində təhsillə bağlı irəli sürdüyü təklifə hər iki nazirlikdən “məsələ mümkün qədər diqqətdə saxlanılacaq” deyə cavab vermişdirlər.

İranın yeni mədəniyyət nazirinin ilk toplantıda ölkədə yaşayan başqa xalqların dilləri və mədəniyyətlərini unutması, ilk olaraq fars dilli və ədəbiyyatının genişlənməsindən danışması gözlənildiyi kimi verdikləri vədlərin əsassız olduğunu göstərir.

C.E    
 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24