SON XƏBƏRLƏR

İran rəsmisi yenə sərsəmlədi: Yol naziri Azərbaycanı "şeytanlıq etməkdə" günahlandırdı

2021.10.20, 07:36
İran rəsmisi yenə sərsəmlədi: Yol naziri Azərbaycanı "şeytanlıq etməkdə" günahlandırdı

Gunaz.tv

Rüstəm Qasimi Gorus-Qafan yolunda baş verənlərlə bağlı özünün “Twitter” hesabında paylaşım edib.

O, ad çəkmədən Azərbaycanı "şeytanlıq, cığallıq etməkdə" günahlandırıb və İran üçün heç bir yolun bağlı qala bilməyəcəyini deyib.

“Nazirliyin müavinlərinə verilən xüsusi səlahiyyətlər əsasında Nurduzdan Ermənistana gedən yol və Qafqaz dəhlizi problemi tezliklə həll olacaq və bölgənin tranzit xəritəsi bütünlüklə dəyişəcək.

Bu işdə şeytanlıq edənlər bilməlidirlər ki, bizim üçün heç bir yol bağlı qalmayacaq. Ancaq onların yandırdıqları körpülər bu sadəliklə yenidən qurulmayacaq”-deyə, Yol və şəhərsalma naziri bildirib.

Bununla yanaşı oktyabrın 6-da Rüstəm Qasiminin müavini Xeyrullah Xadimi Şərqi Azərbaycan əyalətinə səfər edərək Nurduz gömrük keçid məntəqəsindən görüş keçirib.

O, jurnalistlərlə görüşündə bildirib ki, İranı Ermənistan və Qafqazla bağlayan şimal-cənub dəhlizin açıq saxlanılması vacibdir.

X.Xadimi oktyabrın 5-də Ermənistan rəhbərliyi ilə keçirilən görüşdə yaranan problemin aradan qaldırılması, İrandan Ermənistana yük maşınlarının və yolçuların gedişində ortaya çıxan məhdudiyyətlərin həll olunması ilə bağlı səmərəli danışıqlar apardıqlarını deyib.

Nazir müavini yaxın 3 ay ərzində nəzərdə tutulan alternativ yolun hazırlanması üçün Ermənistan rəhbərliyi ilə razılığıa gəldiklərini bildirib.

Qeyd edək ki, Xeyrulla Xadiminin başçılıq etdiyi İranın nümayəndə heyəti Ermənistan rəsmiləri ilə görüşdə Gorus-Qafan marşrutunun alternativi kimi nəzərdə tutulmuş Tatu (Tatev) yolunun yenidən qurulması üçün birgə əməkdaşlığın aparılması xüsusunda danışıqlar aparıb.

Bildirilir ki, Tatu (Tatev) marşrutu Ermənistan tərəfindən Gorus-Qafan yolunun alternativi kimi nəzərdə tutulub, lakin bu yolun infrastrukturunda bir sıra çatışmazlıqlar olduğuna görə iri həcimli yük maşınları hərəkət edərkən müəyyən problemlərlə üz-üzə qala bilərlər. 

 C.E


62050345.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar