SON XƏBƏRLƏR

İranın strateji ehtiyatları tükənmək üzrədir

2022.03.28, 12:52
İranın strateji ehtiyatları tükənmək üzrədir

Gunaz.tv

“Strateji ehtiyatlarımız tükənmək üzrədir, əlbəttə, yeni ildən bazarın idarəolunmasında zəiflikləri, giriş və əsas malların ciddi çatışmazlığını nəzərə alaraq, biz neft, şəkər və düyü kimi malların qiymətlərinin bahalaşmasının şahidi olacayıq”-deyə, o, bildirib.

 Cəlal Mahmudzadə imtiyazlı valiyutanın hökumət tərəfindən ləğv edilməsinin ərzaq malları ilə yanaşı heyvandarlıq sahəsinədə təsir göstərəcəyini, yem məhsullarının qiymətlərinin bir neçə dəfə bahalaşacağını deyib.

Qeyd edək ki, hal-hazırda İranın bir çox bölgələrində yem çatışmazlığı ucbatından fermerlər ağır duruma düşüb. Bununla bağlı onlarla etiraz aksiyası keçiriblər.

Son bir neçə gün ərzində bir neçə əyalətdə yem çatışmazlığı səbəbindən mal-qaranın tələf olduğunu göstərən çoxsaylı videolar yayılıb. 

İranda 70 milyona yaxın insan yoxsulluğun astanasındadır. Bu sayın təxminən 30 milyonu yoxsulluq həddinin altındadır. 

Hər adama verilən aylıq dotasiyanın dəyəri bir həftəlik çörək almağa belə çatmır. Ancaq buna baxmayaraq İbrahim Rəisi hökuməti müxtəlif subsidiyaların ləğv olunması ilə bağlı yeni qərarlar verməyə davam edir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar