SON XƏBƏRLƏR

İran parlamentinin sədrinin Xoya səfəri etirazla qarşılanıb

2023.02.11, 11:01
İran parlamentinin sədrinin Xoya səfəri etirazla qarşılanıb

Gunaz.tv

Fevralın 10-u günorta saatlarında Xoy hava limanı vasitəsilə Qərbi Azərbaycan əyalətinə gedən Qalibaf, zəlzələdən zərər çəkən bəlgələrdə etirazlarla qarşılanıb.

Çadır düşərgələrində müvəqqəti yerləşdirilən zərər çəkənlər hakimiyyət nümayəndələrinin vədlərinin özünü doğrultmadığını deyiblər.

Xoylular məsulların öz yaxınlarını kameralar qarşısına çıxararaq yaradılmış şərayit barədə yalan təbliğat apardıqlarını bildiriblər.

Valilik, fərmandarlıq və başqa qurumların rəsmi statistikada göstərdikləri yardım həcminin  reallıqda ortada olmadığını, hakimiyyət məmurlarına yaxın olan şəxslərin qeyd edilən yardımlardan istifadə etdiklərini söyləyiblər.  

Qeyd edək ki, Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13200-ə çatıb.

Hazırda 130 min nəfər çadır düşərgələrində yerləşdirilib. Onlara konteyner sığınacaqları ilə bağlı verilən vədlər yerinə yetirilməyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar