SON XƏBƏRLƏR

"İran rejimi repressiyalarla xalq üsyanının qarşısını ala bilməyəcək"-Əhməd Obalı-VİDEO

2022.11.11, 19:59
"İran rejimi repressiyalarla xalq üsyanının qarşısını ala bilməyəcək"-Əhməd Obalı-VİDEO

Gunaz.tv

Güney Azərbaycan Televiziyasının rəhbəri Əhməd Obalı İctimai Televiziyaya açıqlamasında bildirib ki, xalqı üsyana sövq edən obyektiv səbəblər var:

"İqtisadi durum bərbaddır. Gələcəyə ümid yoxdur. Gənclər işsizdir. Qadınların hüquqları pozulur. Rejim qeyri-fars millətlərinin hüquqlarını tapdalayır. Ana dilində təhsilimiz yoxdur.

Dilimiz qadağandır. 

Tariximiz təhrif olunur. Milli kimliyimiz təhqir edilir. İranda farsçılıq hakimdir. Dövlət nə qədər repressiyalarla, zorakılıqla, işgəncə verməklə çalışsa da da üsyanın qarşısını ala bilmir. Görünür, rejimin artıq sonudur. 

Bu rejim onsuz da gedəcəkdi, bu etirazlardan sonra bu proses sürətlənəcək".

Əhməd Obalı deyib ki, İranın Azərbaycana yönəlik mənfur siyasəti 2020-ci ildən sonra çılpaqlığı ilə üzə çıxıb:
"İran Ermənistana Nurduz sərhəd keçid məntəqəsi vasitəsilə Ermənistana silah-sursat göndərirdi. Azərbaycanlılar bu prosesə mane olandan sonra bunu gecələr etməyə başladılar. 

Azərbaycanlılar etiraz etməsəydi daha çox yardım edəcəkdi. İran bu gün Ermənistanı daha çox dəstəkləyir. İrəvanı qızışdırır ki, Azərbaycanla sülh müqavləsi imzalamasın. İran istəmir ki, Zəngəzur dəhlizi açılsın. 

Azərbaycan sərhədinə yaxın olğdu üçün baıaca bir şəhərcikdə-Qafanda konsulluq açıb. Təbrizdə Ermənistana konsulluq açmaq istəyir. Bütün bunlar Azərbaycana düşmənçilikdən başa bir şey deyil".

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar