SON XƏBƏRLƏR

İran televiziyasının aparıcısı Güney Azərbaycan türklərindən üzr istədi-VİDEO

2022.03.23, 08:26
İran televiziyasının aparıcısı Güney Azərbaycan türklərindən üzr istədi-VİDEO

Gunaz.tv

O, bunun verilişdə baş verən texniki problemlə əlaqəli olduğunu iddia edib və buna görə, azərbaycanlılardan üzr istəyib.

Ehsan Əlixaninin “Bütün azəri dillilərdən üzr istəyirəm” ifadəsi ərdəbilli müğənni Ayhan əyin etirazına səbəb olub və o, “azəri dilli yox, türk dili” deyə- aparıcıya irad bildirib.

Bundan sonra aparıcı “doğrudur, bütün türklərdən üzr istəyirəm, hamınızın əlindən öpürəm”-deyə, yanlışını düzəltməyə çalışıb.

Aparıcının üzr istəməsindən sonra ərdəbilli müğənni "Küçələrə su səpmişəm" türkcə mahnını canlı ifa edib.

Qeyd edək ki, martın 20-də İran televiziyasının 3-cü kanalında Yaz bayramı münasibətilə yayınlanan “Əsri cədid” proqramında başqa xalqların rəqsi nümayiş etdirildiyi halda Azərbaycan rəqsinin göstərilməsinə imkan verilməyib.

İranda yaşayan müxtəlif xalqların musiqi qruplarının qatıldığı proqramda Azərbaycanı Ərdəbil şəhərinin “Aylan” rəqs qrupu və ərdəbilli müğənni Ayhan təmsil edib.

Verilişin rejissoru Azərbaycan rəqs qrupu və Ayhanın ifasından bir saniyə belə yayınlanmağa icazə vermədiyi halda başqa etniklərin nümayəndələrinin ifaları tamamilə yayınlanıb.

Bu, qrup üzvləri ilə yanaşı azərbaycanlı tamaşaçıların narazılıqlarına səbəb olub və sosial mediada bu hərəkətə qarşı geniş etiraz paylaşımları edilib.

Verilişin məsulları, rejissor və aparıcıların bu hərəkətə görə üzr istəməməsi və azərbaycanlı sənətçilərin rəqs və ifasına yenidən icazə verməməsi “Aylan” rəqs qrupu və Ayhanın verilişi tərk etmələri ilə nəticələnib.

Bundan sonra ərdəbilli müğənni sosial mediada etdiyi paylaşımda televizya məsullarının bu hərəkətini tənqid edib.

"İranın Radio və Televiziyasının rəsmiləri məni və Azərbaycanın “Aylan” rəqs qrupunu Yeni il üçün xüsusi proqrama dəvət etdilər və biz Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, rəqs və musiqisini nümayiş etdirmək üçün dəvəti qəbul etdik, bu proqrama atıldıq.

Amma məsullar Azərbaycan rəqs və musiqi proqramına senzura qoydu"-deyə, Ayhan yazıb.

 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar