İranda ana olan azyaşlı qız uşaqlarının sayı açıqlanıb

13.04.2022, 14:08

İranın Vətəndaşlığın Qeydiyyat İdarəsi azyaşlıların məcburi evləndirilmələri və 10-14 yaş arası qız uşaqlarının ana olması ilə bağlı yeni statistikanı açıqlayıb.

Gunaz.tv Quote | Gunaz article

Vətəndaşlıq Qeydiyyatı İdarəsinin son statistik hesabatına görə, ötən günəş ilində yüksək riskli yaş qrupu olan 10-19 yaşa qədər olan analar tərəfindən 69103 körpə gətirilib və onlardan 1474-ü 10-14 yaşarası azyaşlı analar tərəfindən doğulub.

İranda son illər azyaşlıların məcburi evliliyə cəlb olunması halları dahada artıb və İranStatistika Mərkəzinin verdiyi məlumata görə, son illər qeydə alınan evliliklərin 5 %-i 15-dən az yaşı olan uşaqların payına düşür.

Bir neçə gün bundan öncə İranın Statistika Mərkəzinin açıqladığı rəsmi rəqəmlərə görə, son 5 il ərzində İranda 131 min 15-dən az yaşı olan qız uşağı evləndirilib, ötən il isə daha 7500 azyaşlı qız uşağı məcburi nikaha cəlb edilib.

 Martın 29-da yayılan statistikada 5 il müddətində hər il ortalama 30 min azyaşlı qızın erkən nikaha cəlb edildiyi, eyni müddət ərzində 123 min 15-dən az yaşı olan oğlan uşaqlarının evləndirildiyi qeyd olunub.

Statistika Mərkəzinin bundann öncəki il verdiyi məlumatda 10-14 yaş arası qız uşaqlarının erkən nikaha cəlb olunması hallarının 10.1 faiz artdığı bildirilib.

Məlumatda 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayına qədər bir il müddətində 10-14 yaş arası qız uşaqlarının 791 nəfərinin ana olduqları göstərilib.

İranın ali rəhbəri Əli Xaməneyi tərəfindən vurğulanan ölkədə nikah siyasətinin təşviqi və doğuş nisbətinin artırılması ilə eyni zamanda, son illərdə qızlar üçün nikah yaşının azaldılması, ailələrin evlilik şərtlərini asanlaşdırmağa həvəsləndirilməsi istiqamətində bir sıra millət vəkilləri və  İbrahim Rəisi hökumətinin üzvləri, mədəni-maarif müəssisələrinin məmurları tərəfindən qızların erkən yaşda evləndirilməsi təbliğ olunur.

Bununla yanaşı İran hökumətinin bəzi rəsmiləri uşaq nikahı fenomenini inkar edir və 13 yaşın evlilik üçün ən uyğun yaş olduğunu iddia edirlər. 

BMT-nin İnsan Haqları Şurasının İran üzrə xüsusi məruzəçisi məsələ ilə bağlı açıqladığı hesabatda İranda erkən nikah sayının nigəranedici səviyyədə olduğunu və İran hökumətinin qız uşaqları və qadınlara qarşı davranışlarında təcili islahata ehtiyac duyulduğunu bildirib. 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21