SON XƏBƏRLƏR

İranda daha üç etnik bəluç edam edilib

2022.05.24, 04:38
İranda daha üç etnik bəluç edam edilib

Gunaz.tv

Bu barədə bəluç fəalları məlumat yayıb.

Məhəmməd Sorxru, Müsəddiq Məlahi və Abbas Kəmali adlı şəxslərin narkotik maddələrin alverində ittiham olunaraq ölüm cəzasına məhkum edildikləri bildirilir.

Qeyd edək ki, xüsusilə son iki ayda İranda edam olunan məhkumların sayı kəskin artıb və onların çoxunluğu etnik bəluçlardırlar.

Aprelin sonlarında İnsan Haqları Təşkilatı və Fransanın "Edam cəzasına qarşı birgə" Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq olunduğu və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25% çoxaldığı yazılıb.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən sonra 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədən edam hökmlərinin iki dəfə artdığını qeyd ediblər.

İki təşkilatın yaydığı 120 səhifəlik hesabatda İbrahim Rəisinin hakimiyyəti dövründə həyata keçirilən edam cəzalarının yalnız 55-nin (16.5%) rəsmi olaraq elan edildiyi, 278 nəfərin edam edilməsi barədə rəsmi məlumat verilmədiyi qeyd bildirilib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar