SON XƏBƏRLƏR

İranda daha iki məhkum edam edildi

2023.02.27, 12:05
İranda daha iki məhkum edam edildi

Gunaz.tv

Fevralın 27-i səhər saatlarında edam edilən Hadi Gərgic və Məhəmməd İshaq Gərcig adlı məhkumların qardaş olduqları bildirilir.

İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda onların narkotik maddələrin alverində günahlandırıldıqları üçün dar ağacından asıldıqlarını açıqlayıb.

Qeyd edək ki, bununla yanaşı Həmədan şəhərinin həbsxanasında da iki məhkum edam qabağı hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər.

Edam barədə İran məhkəməsi və rəsmi dövlət mediası məlumat verməyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar