İranda dil ayrı-seçkiliyinə qarşı etiraz: "Yüz minlərlə tvit" kampaniyası davam edir

06.02.2022, 03:44

Sosial media istifadəçilərinin İranın təkdilli sisteminin qeyri-fars xalqlara qarşı törətdiyi çətinliklərə etirazları davam edir.

Gunaz.tv Quote | Gunaz article

Son bir neçə gün ərzində iranlı sosial media istifadəçiləri arasında tvitter və sosial media qruplarında #Mən və Farsca həştəqi ilə başladılan kampaniya davam edir. 

Dünyanın müxtəlif ölkələrində yaşayan və kampaniyaya qatılan minlərlə qeyri-fars etnik icmaların nümayəndələri həyatlarının müxtəlif dönəmlərində yaşadıqları ayrı-seçkiliklərə dair təcrübələrini, üzləşdikləri çətinliklər və məruz qaldıqları təhqirləri “Mən və Farsca” həştəqi ilə paylaşırlar.

“Son illər mədəniyyət və təhsil işçiləri həmkarlar ittifaqlarının əsas tələblərindən biri fundamental insan hüququ kimi ana dilində təhsili müdafiə etməkdir”-deyə, İran Müəllimləri Sinfi Birliyinin sözçüsü Məhəmməd Həbibi yazıb.

Hazırda Utah Universitetində fəlsəfə üzrə doktorluq təhsili alan Lida Sərəfraz öz tvitter səhifəsində Tehranda tələbə ikən gördüyü “irqi mikroaqressiyalar” haqqında yazıb.

Gilək icmasına mənsub Peymon adlı bir istifadəçi İran toplumunda Giləklərə qarşı yayılmış damğalar və aşağılayıcı ifadələrdən bəhs edib.

Kampaniyanı başladanlardan olan və Amerikada yaşayan güney azərbaycanlı mədəni fəal Sevil Süleymani bildirir ki, kampaniya qeyri-fars xalqlara qarşı sistematik və planlı ayrı-seçkilik haqqında məlumatı artırmaq üçün başladılıb və yalnız fars dilinin rəsmi tədris oluna bilən dil olduğu bir cəmiyyətdə qeyri-fars xalqların çəkdikləri iztirabları izah edir.

“Muğanın Parsabad şəhərində doğulmuşam. Heç birinin farsca bilmədiyi 35 nəfərlik şagirddən ibarət birinci sinifə getmişəm.

Birinci sinif müəllimimiz Universtitdən dərhal sonra Parsabada göndərilən gənc təbrizli qadın idi. Universitetdə ona öyrədilən işi görmək, bizə fars dili öyrətmək üçün gəlmişdi və elə bilirdi ki, biz hamımız səlis fars dilində danışa bilərik.

Bu isə onun təsəvvür etdiyinin əksinə idi. İlk günlər xətkeşini aşağı-yuxarı fırladır, adımı deyəndə, fars dilini bilmədiyim üçün qorxudan özümü isladırdım”-deyə, Sevil Süleymani etdiyi paylaşımında qeyd edib.

 

Kamaniyanın sosial media istifadəçilərinin çoxunluğu tərəfindən maraqla qarşılanmasına baxmayaraq, bir sıra radikal fars millətçi cərəyanlarına bağlı şəxslər bunun yersiz olduğunu, hakim durumun davam etməsinin məqsədə uyğun olduğunu bildirirlər.

Güneyli fəal və yazıçı Məhəmməd Rəhmanifər kampaniyaya qarşı çıxanların reaksiyasını faciə adlandırıb.

“Mən və Farsca” fars dilinin məcburi tətbiq edilməsindən və ana dilinin alçaldılması səbəbindən çəkdiyimiz iztirabların əksidir. Ancaq fars dilinin məcburi tətbiqinin davam etməsinin tərəfdarlarının verdiyi cavablar faciənin düşündüyümüzdən daha dərin olduğunu göstərir”-deyə, Rəhmanifər kampaniyaya qarşı çıxanlara xitabən yazıb.

Bununla yanaşı tanınmış zənganlı mədəni fəal Səid Mətinpur da radikal  miliyyətçi fars cərəyanların nümayəndələrinə səslənib.

“Niyə tolerantlıq yalnız sizin dilinizlə mümkündür? Niyə bizim demokratiyamız sizin dilinizdə olmalıdır? Nə vaxtdan haqq-ədalətə ancaq fars dilində nail olmaq şərt olub”-deyə, Mətinpur fars miliyyətçilərinə sual verib.

Açıklama yok.

Avstraliyada yaşayan tanınmış iranlı kürd yazar Behruz Buçani “Mən və Farsca” kampaniyasını önəmli bir hadisə olaraq dəyərləndirib.

“Mən və Farsca ümumi mədəniyyət arenasında önəmli bir hadisədir. Bir neçə saat ərzində gilək, türk, ərəb və digərlərinə qarşı irqçi davranışlar, təhqirlər və aşağılamalar haqqında yüzlərlə acı xatirə və hekayə bu həştəq vasitəsilə qeyd edilib.

Həqiqi İranın nə olduğunu öyrənmək istəyirsinizsə bu həştəqi təqib edin!” Buçani öz Twitter səhifəsində yazıb.

Gilək icmasına mənsub Peymon adlı bir istifadəçi İran toplumunda Giləklərə qarşı yayılmış damğalar və aşağılayıcı ifadələrdən bəhs edib.

O yazıb ki, “farsdilli medianın son yüzildə biz giləklərdən yaratdığı təsvir budur; qeyrətsiz rəştli, qorxaq rəştli, balıq başı yeyən rəştli və s. Fars toplumu da davamlı olaraq bu ifadələri dilə gətirir. Biz belə bir atmosferdə böyüdük.

Biz giləklərə deməyin ki, ‘hamımız iranlıyıq’ deməyin!”

Açıklama yok.

C.E 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19