SON XƏBƏRLƏR

İranda Belçika vətəndaşı həbs edilib

2022.10.22, 08:20
İranda Belçika vətəndaşı həbs edilib

Gunaz.tv

Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyasının verdiyi məlumata görə, oktyabrın 20-də Belçika vətəndaşı İran-İraq sərhəddində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Fars dilini bildiyi iddia edilən xarici vətəndaşın saxlanıldıqdan sonra Kut şəhərinin sərhəd postuna aparıldığı qeyd edilib.

Onun kimliyi və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Bundan iki gün öncə Avstriya Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bir vətəndaşının İranda həbs edildiyini təsdiq edib.

SEPAH-a yaxın “Fars” xəbər agentliyi dünən iddia edib ki, İslam Respublikasının təhlükəsizlik qüvvələri hazırkı etirazlar zamanı 14 vətəndaşı həbs edib.

Fars-ın məlumatına görə, bu şəxslər Amerika, Rusiya, Avstriya, Fransa, İngiltərə və Əfqanıstan kimi ölkələrin vətəndaşlarıdırlar.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar