SON XƏBƏRLƏR

İranda etiraz aksiyasına qatılan müəllimlər saxlanılıb

2022.02.23, 04:45
İranda etiraz aksiyasına qatılan müəllimlər saxlanılıb

Gunaz.tv

Aksiya zamanı bir neçə müəllim təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Yasucda yaşayan müəllim və sinfi fəal Əlihəsən Behamin, Əlborz Müəllimlər Birliyinin üzvü  Solmaz Feyzullahzadə və sinfi fəal, müəllim Mənijə Neməti həbs olunaraq naməlum yerə aparılıblar.

Qeyd edək ki, fevralın 22-də İran Təhsil İşçiləri Koordinasiya Şurasının çağırışı ilə onlarla şəhərdə etiraz aksiyası keçirən müəllimlər əmək haqlarının qaldırılmasını, rütbələndirmə qanununun icrasını, siğorta xidmətlərindən istifadə şərtlərinin asanlaşdırılmasını və məhbus müəllimlərin azadlığa buraxılmalarını tələb ediblər. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar