SON XƏBƏRLƏR

İranda fahişəlik 18 yaşına düşüb

2022.04.18, 11:36
İranda fahişəlik 18 yaşına düşüb

Gunaz.tv

Hesabatda müxtəlif zərərlərlə üzləşən evdən qaçmış qadın və qızlar haqqında məlumat verilib.

Reportaj zamanı məlum olub ki, bu işlərlə məşğul olan yaşı 13-50 yaş arasında qadınlar eyni dam altında və eyni həyatı yaşamaq məcburiyyətində qalıb.

Onların bu həyatı bəzi şəxslər tərəfindən elə gizli saxlanılır ki, hətta illərdir o binanın yanından keçib gedənlər belə oranın nə olduğunu bilmir. Bura Nadya, Məryəm, Nərgiz, Suheyla və bir çoxları üçün zindan kimidir. 

Həmin qadınlar evdən qaçıb sığınacağa gəldikdən sonra burada onların həyatı qaralıb. Onlar arasında Muna adlı qızın 13 yaşı olsa da, 30 yaşlı bir qadın qədər təcrübəli danışır.

Onun dediyinə görə, ilk dəfə 11 yaşı olarkən təcavüzə uğrayıb və daha sonra bu acı həyatı yaşamağa məcbur qalıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar