SON XƏBƏRLƏR

İranda şiə olmayanlara qarşı təzyiqlər davam edir-26 bəhaiyə həbs cəzası verilib

2022.06.14, 08:19
İranda şiə olmayanlara qarşı təzyiqlər davam edir-26 bəhaiyə həbs cəzası verilib

Gunaz.tv

Bu hökm Şiraz İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Mahmud Sadatinin başçılığı ilə çıxarılıb və 2016-cı ilin iyulundan həmin ilin dekabrına qədər Şiraz bəhai icmasının həbs işi ilə bağlıdır.

Beynəlxalq Bəhai İcması dəfələrlə bəyan edib ki, İranda bəhai vətəndaşlarına qarşı təhlükəsizlik iddiaları tamamilə əsassızdır və bəhailərin İslam Respublikasının təhlükəsizlik orqanları tərəfindən saxlanılmasının yeganə səbəbi onların dini inancları və fəaliyyətləridir.

Bu işdə bəhai qadın vətəndaşlar arasında Yekta Fəhəndej Sədi, Lalə Salehi, Mojqan Qulampur, Rezvan Yəzdani və Bəhare Novruzi hər biri "beş il həbs və iki il səyahət qadağası və pasportun ləğvi" cəzasına məhkum edilib.

26 bəhainin məhkəməsi bu il mayın 18-də, hakimin son 6 ildə məhkəmə işində bir neçə qüsurun olduğunu elan etməsindən sonra keçirilib.

Bəhailərə yaxın mənbələr hakimin məhkəmə işində qüsur olması ilə bağlı iddialarını saxlanılanlara qarşı təzyiq göstərmək və onların daha artıq incitmək üçün bəhanə olub.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

 İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar