İranda şiə məzhəbində olmayanlara qarşı basqılar davam edir

08.03.2022, 10:41

İranda şiə məzhəbində olmayanlara qarşı basqılar davam edir. Fars əyalətinin mərkəzi Şiraz şəhərində daha üç bəhai dininə mənsub vətəndaş həbs edilib.

Gunaz.tv Quote | Gunaz article

Sədiqə Əqdəsi, Behruz Fərzəndi və Qasım Məusumi adlı üç bəhai bir sıra izahatlar vermək üçün İnqilab Məhkəməsinə çağırılıb və barələrində həbs qərarı olmadan Şiraz şəhərinin “Adilabad” zindanına salınıblar.

Adı çəkilən şəxslər ötən ilin mart ayında Aliyə Furutən, Siyamək Hünərvər və Səid İttihad adlı şəxslərlə birlikdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq İran İslam İnqilab Keşikçiləri Korpusunun nəzarətində olan təhlükəsizlik idarəsinin təcridxanasında təkadamlıq kameralara salınmışdılar.

İnqilab Məhkəməsi bəhai vətəndaşlar barədə “Hökumətə qarşı təbliğat” ittihamına görə 7 ay 16 gün, “Hökumətə müxalif təşkilatlara üzv olmaq” ittihamına görə isə 31 ay 16 gün həbs cəzası vermişdi.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ türkiyəli iş adamına SEPAH üçün neft satmaq və çirkli pulların yuyulması ittihamı ilə sanksiya tətbiq edib

2022-12-09

gun az article

Kanada insan hüquqları pozuntusuna görə Rusiya, İran və Myanmaya sanksiya tətbiq edib

2022-12-09

gun az article

İranda edam edilən etirazçıya görə yeni aksiyalar çağırış edilib

2022-12-09

gun az article

İran səfiri Almaniya XİN-ə çağırılıb

2022-12-09

gun az article

Ərdoğan Avropa ölkələrinə xəbərdarlıq edib: “Bizə qarşı ikiüzlü siyasət həyata keçirilib”

2022-12-09

gun az article

İran rəsmiləri Venesuelaya sığınmaq üçün danışıqlar aparıblar

2022-12-09

gun az article

Əli Xameneyinin bacısı oğlu da ona qarşı çıxdı

2022-12-09

gun az article

ABŞ institutu: “İran rejimi edamlardan nümayişçiləri qorxutmaq üçün istifadə edir”

2022-12-09

gun az article

“Vətəndaş cəmiyyəti: yeni çağırışlar”- Agentlikdə jurnalist QHT təmsilçilərilə görüş keçirildi

2022-12-09

gun az article

Xarkova raket zərbələri: yaralılar var

2022-12-09

gun az article

Dekabrın 12-də İrana sanksiyalar gözlənilir

2022-12-09

gun az article

Makronun bu çıxışı NATO ölkələrini qəzəbləndirdi

2022-12-09

gun az article

Sülhməramlıların ailələri Qarabağa köçürülür?

2022-12-09

gun az article

Blinken ABŞ-ın Rusiya ilə müəyyən sahələrdə təmaslara hazır olduğunu açıqlayıb

2022-12-09

gun az article

BMT-dən Ukrayna açıqlaması - Bu, fəlakətə səbəb olacaq

2022-12-09

gun az article

İtaliya İranda aksiyada iştirak edən şəxsin edam edilməsindən hiddətlənib

2022-12-09

gun az article

Stefan Düjarrik: “BMT İranda edamları dərhal dayandırmağa çağırır”

2022-12-09

gun az article

Hikmət Hacıyev: "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır"

2022-12-08

gun az article

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Laçın yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb

2022-12-08

gun az article

İranda öldürülən etirazçı sayı 475-ə çatdı

2022-12-08