SON XƏBƏRLƏR

İranda türkmən gənc Nəvid Badpa işgəncə altında öldürülüb

2022.11.14, 11:25
İranda türkmən gənc Nəvid Badpa işgəncə altında öldürülüb

Gunaz.tv

Tehranın Azad Universitetində oxuyan və Günbəd Kavus şəhərindən olan türkmən gənc Nəvid Badpa işgəncə altında öldürülüb.

Öyrəncilərin keçirdiyi aksiyaya qoşulduğu üçün həbs edilən gənc fəal təhlükəsizlik idarəsinin təcridxanasında məcburi etiraf almaq üçün döyüldüyünə görə həyatını itirib. 

Onun yaxınları hökumətin Nəvidin ölüm səbəbinin yol qəzası kimi göstərilməsi üçün onun ailəsinə təzyiq göstərdiyini bildirirlər.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda son etiraz aksiyalarının başlamasından bu günə kimi 330 nəfər öldürülüb, 15 mindən çox insan isə həbs edilib.

Timur 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar