Bu barədə Kirman əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Əbdülrza Naziri bu gün mediaya açıqlamasında məlumat yayıb.
O deyib ki, hadisə noyabrın 16-sı axşam saatlarında Kirman əyalətinin Sistan-Bəlucistanla həmsərhəd olan “Dəşt-i Səmsur” məntəqəsində baş verib.
“Bölgədə reyd keçirən yerli hüquq-mühafizə qüvvələrinin əməkdaşları yaraqlı narkotok qaçaqmalçılar karvanına rast gəlib.
Atışma nəticəsində Kirman hüquq-mühafizə qüvvələrinin “Əbuzər” əməliyyat qərargahının komandanı Mehdi Tusəng, eləcə də Ehsan Şirxani və Əmirhüseyn Xudadadi adlarında olan iki əməkdaşımız aldığı güllə yarasından hadisə yerində həlak olublar.
Atışma zamanı həmçinin daha 6 polis əmkdaşımız yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaralıların ümumi vəziyyəti qənaətbəxşdir.
Silahlı qarşıdurmada polis əməkdaşlarımıza atəş açan yaraqlı narkotik qaçaqmalçılarıdan bir neçəsi ələ keçirilib”, -deyə Kirman əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Əbdülrza Naziri bildirib.
Əbdülrza Naziri həbs edilən yaraqlı şəxslərin adlarını və hadisənin detallarını açıqlamayıb.
Kirman əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Əbdülrza Naziri
A.M