Verilən məlumatlara görə, oktyabrın 15-i günorta saatlarından İran şəhərlərində etiraz aksiyalarına çağırışlardan sonra bir çox bölgələrdə internet kəsilib.
Bununla yanaşı mobil telefon xidmətlərinin də fəaliyyətində məhdudiyyətlər yarandığı bildirilir.
Bundan öncə aksiyalar işıqlandırılmasın deyə internet kəsintisi saat 16-dan başlayaraq gecə yarısına qədər davam edib.
Bu dəfə məhdudiyyətlərin səhər saatlarından tətbiq edildiyi bildirilir.
Qeyd edək ki, İranda etirazçıların qanlı repressiyalarına baxmayaraq, ümumölkə tətilləri, nümayişlər və etirazlar davam edir.
Timur