SON XƏBƏRLƏR

İranlı deputat musiqi alətlərinin idxalına qarşı çıxdı: "Kimsə bununla razılaşmırsa ölkəni tərk etsin"

2021.12.13, 12:34
İranlı deputat musiqi alətlərinin idxalına qarşı çıxdı: "Kimsə bununla razılaşmırsa ölkəni tərk etsin"

Gunaz.tv

Deputat deyib ki, musiqi alətlərinin ölkəyə idxalı qadağandır və əgər kimsə bununla razılaşa bilmirsə ölkəni tərk edib yaşamaq üçün başqa ölkələrə gedə bilər.

“Musiqi alətlərinin ölkəyə idxalı məsləhətə uyğun deyil, çünki bizim ölkə islam respublikasıdır və buna yol vermək olmaz. 

Əgər kimlərsə öz şəxsi həvəsləri üçün musiqi alətlərini istəyirlərsə və ya onunla maraqlanırlarsa İrandan çıxıb başqa ölkələrə gedə bilərlər”, -deyə deputat Seyid Kazım Musəvi bildirib. 

Xatırlayaq ki, İran Gömrüyünün sözçüsü Ruhullah Lətifi noyabrın 28-də mediaya açıqlamasında 2019-cu ildən bəri idxal edilən müxtəlif musiqi alətlərinin gömrükdə saxlanmasından və ölkəyə buraxılmamasından xəbər verib.

O deyib ki, 11 konteynerdə olan məşhur Yapon brendi "Yamaha" musiqi alətləri Buşehr gömrüyündə saxlanılır və tərxis edilmir.
“Bu 11 konteynerdəki musiqi alətləri tərxis olunası mallar siyahısında deyil və onların ölkəyə idxalı qadağandır. 

Bu mallar yalnız İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sifarişi ilə qeydiyyata alındığı və ya İran Məhkəmə Sistemi rəsmilərinin qəti qərarı ilə tərxis edilə bilərlər”, -deyə İran Gömrüyü sözçüsü Ruhullah Lətifi bəyan edib.

Qeyd edək ki, 1979-cu ildə İranda molla rejimi bərqərar edildikdən sonra ölkədə musiqiyə, o cümlədən də qadın müğənnilərin səsinin yayılmasına Taliban sayağı qadağa qoyulub, ölkəyə musiqi alətlərinin idxalının qarşısı alınıb. 

gun az article

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar