Ərdəbildə türkcə “Dəri” filminin nümayişinə icazə verilmir

19.10.2021, 08:20

Ərdəbil şəhərinin “Qüds” kinoteatrında nümayişi anons edilən türkcə olan “Dəri” filminin göstərilməsinə icazə verilmir.

Gunaz.tv Quote | Gunaz article

“Qüds” kinoteatrının rəhbərliyi təhlükəsizlik idarəsinin göstərişi əsasında müxtəlif bəhanələr gətirərək filmin ekrana çıxarılmasının qarşısını alır.

Məlumata görə, türk dilində çəkilən filmin əhali tərəfindən maraqla qarşılanması təhlükəsizlik məmurlarını qorxuya salıb. 

Məmurların türk dili qısqanclığı  əhalinin və mədəniyyət xadimlərinin narazılığı ilə qarşılanıb. Onlar bunu bilərəkdən türkcə filmə məsulların qısqanc münasibəti ilə əlaqələndirirlər.

Bundan öncə “Gəmiçi” filmi də məsulların oxşar münasibətilə qarşılanmış və onun Ərdəbil kino salonlarında göstərilməsinə imkan verilməmişdi.

Qeyd edək ki, Güney Azərbaycanın kinematoqrafiyasının istehsalı olan "Dəri" filmi 13 oktyabr çərşənbə günündən etibarən göstərilməyə başlayıb.

Filmin ssenari müəllifi və rejissoru Bəhmən və Bəhram Ərk qardaşları, prodüsseri isə Məhəmmədrza Misbahdır.

Fəcr festivalının səs-küylü filmləri içində yer alan bu ekran əsəri Azərbaycan türkcəsində çəkilən uzunmetrajli filmdir. 

Bu festivalda film 7 müxtəlif nominasiyaya təqdim edilib. 

"Sənət və təcrübə" nominasiyasında "Büllur Simurq" mükafatına və ən yaxşı film musiqisi mükafatına layiq görülüb.

"Ətəkyazı" saytının verdiyi məlumata görə, "Dəri" filmi fərqli mövzusu ilə də diqqət çəkib.

Ssenaridə bir sevgi dastanı ilə yanaşı xalq içində yayğın olan mifik inanclar və xurafatdan bəsh edilir.

C.E

gun az article
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tanınmış ekoloq Urmu gölü ətrafında yaranan duz fırtınasından danışıb

2021-12-02

gun az article

Qərbi Azərbaycanda xarici vətəndaşları girov götürən dəstə üzvləri saxlanılıb

2021-12-02

gun az article

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirib-FOTOLAR

2021-12-02

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının əksəriyyəti işsizdir

2021-12-02

gun az article

Urmu şəhərinin havası bütün yaş qrupları üçün təhlükəli elan edildi

2021-12-02

gun az article

Urmu gölü ətrafında duz qasırğası əhalini təşvişə salıb-VİDEO

2021-12-02

gun az article

Tehranda türk adlarına qarşı "soyqırım": Tanınmış şəxsiyyətlərin adları küçələrdən götürülür

2021-12-02

gun az article

Ərdəbildə Abbas Lisaniyə dəstək aksiyası keçirilib

2021-12-02

gun az article

Hökumət məmurları milli fəal Əkbər Muhacirinin evinə basqın edib

2021-12-02

gun az article

Kəleybərdə tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-01

gun az article

Təbrizdə ekoloji çirklilik davam edir

2021-12-01

gun az article

Urmu etiraz: Narazılar valiliyin qarşısına toplaşdı

2021-12-01

gun az article

İran hökuməti Muğana diqqət ayırmır: Mərkəzi Kitabxananın tikintisi yarımçıq qalıb

2021-12-01

gun az article

"Türkiyə və Azərbaycanla normal münasibətlər qurulmalıdır"-Təbrizli deputatdan hökumətə çağırış

2021-12-01

gun az article

Əhərin nümayəndəsi Qaradağ mədənlərinin talandığını deyib

2021-12-01

gun az article

İranda Azərbaycan adlarının saxtalaşdırılması etiraz doğurdu

2021-12-01

gun az article

Vərziğanda mədən işçiləri etiraz aksiyası keçirib

2021-12-01

gun az article

Tehran həbsxanasında saxlanılan Arəş Cohəriyə təzyiq edilir- Anası videomüraciət yaydı

2021-12-01

gun az article

Ərdəbildə qadınlara qarşı zorakılıq halları artıb

2021-11-30

gun az article

Qəzvinin Balaxanlu su anbarının tikinitisi yarımçıq qalıb-Hökumət pul ayırmır

2021-11-30