SON XƏBƏRLƏR

Ərdəbilin cümə imamı yenidən Azərbaycana qarşı ittihamlar səsləndirib

2022.09.10, 10:00
Ərdəbilin cümə imamı yenidən Azərbaycana qarşı ittihamlar səsləndirib

Gunaz.tv

Ərdəbilli molla iddia edib ki, Azərbaycan vətəndaşları ona zəng edərək ağlayır, Ərbəin ziyarətlərinə qatılmalarına icazə verilmədiyini bildirirlər.

Həsən Amili  Azərbaycan hökumətinə məsləhətlər verməyə də cəhd edib.

Cümə imamı Azərbaycan hökumətinin xalqı özünə düşmən etdiyini deyib və "azəri"lərin telefon danışıqlarında qan ağladıqlarını söyləyib.

O,  çıxışının ardında Ərbəin mərasimlərindən siyasi məqsədlərlə istifadənin vacibliyindən danışıb.

Ərdəbilli molla bu mərasimlərdən fərdi, ölkə və beynəlxalq səviyyədə yetərincə faydalanmağın, "imprializmə qarşı etiraz yürüşü" kimi keçirilməsinin lazım olduğunu söyləyib.

"Bu yürüş beynəlxalq təkəbbürə qarşı etiraz yürüşünə çevrilməli və beynəlxalq idarəetmənin hazırkı vəziyyətinə etiraz edənlərin hamısı bu mərasimdə iştirak etməlidir"-deyə, Amili insanları dini mərasimdən siyasi istifadəyə çağırıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar