SON XƏBƏRLƏR

Ərdəbilli milli fəal Əfşar Moheb aclıq aksiyasını dayandırdı

2022.01.05, 19:31
Ərdəbilli milli fəal  Əfşar Moheb aclıq aksiyasını dayandırdı

Gunaz.tv

Qeyd edək ki, o, dekabrın 22-də Ərdəbil zindanına salınıb.

Əfşar Moheb zindan rəhbərliyinin onun girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılması istiqamətində iş apardığını, əlaqədar qurumlara məktub ünvanlandığını bildirib.

O, deyib ki, tələblərinin yerinə yetiriləcəyi ilə bağlı məsullardan vəd aldığı üçün aksiyanı dayandırıb.

Qeyd edək ki, ərdəbilli milli-mədəni fəal Əfşar Moheb dekabrın 22-i günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq həbs olunduğunu bildirib.

O, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda" və "hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib. 

Milli fəal Ərdəbil zindanının karantin bölməsinə qəbul edildiyini və barəsində 50 milyon tümənlik girov qərarı çıxarıldığını qeyd edib. 

Əfşar Mohib qısa telefon danışığı zamanı həbs olunma səbəblərini izah edə bilməsə də, yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğunu bildirib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar