SON XƏBƏRLƏR

Ərdəbilli milli fəal həbs edildi

2021.12.23, 08:02
Ərdəbilli milli fəal həbs edildi

Gunaz.tv

O, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda" və "hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib. 

Milli fəal Ərdəbil zindanının karantin bölməsinə qəbul edildiyini və barəsində 50 milyon tümənlik girov qərarı çıxarıldığını qeyd edib. 
Əfşar Muhib qısa telefon danışığı zamanı həbs olunma səbəblərini izah edə bilməsə də, yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğunu qeyd edib. 

Muhib bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılmış və ETTELAAT təcridxanasına aparılaraq dindirilib. 

Onun saxlanılma və dindirilməsi barədə məhkəmə hökmü tələb etməsinə, qanunsuz saxlanılmasına etiraz etməsinə baxmayaraq, saxlanılma səbəbi və barədə heç bir məlumat ala bilməmiş və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb. 

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar