SON XƏBƏRLƏR

Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı? (2)

2021.10.20, 07:36
Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı? (2)

Gunaz.tv
Belə bir müharibənin başlayacağı təqdirdə digər ölkələrin münasibətinin tam olaraq necə olacağı bəlli deyil, amma hər iki tərəfin (ABŞ və İran) ciddi müttəfiqlərə sahib olduğu gerçəkdir. Aydındır ki, hər iki tərəf öz müttəfiqlərindən maksimum istifadə etməyə və hətta müttəfiqlərini aşıq vəya gizli formada müharibəyə cəlb etməyə çalışacaq. Digər səbəblərlə yanaşı həm də bu səbəbdən Avropa ölkələrinin əksəriyyəti İran və Amerika arasında hər hansı bir müharibənin əleyhinədirlər. Bu müharibə əgər ABŞ-ın qələbəsi ilə sonuclansa, bu Fars körfəzinin bütün karbonhidrogen ehtiyatlarının ABŞ-ın nəzarətində olmasına səbəb olaraq. Digər tərəfdən İran Avropa iqtisadiyyatına ciddi dərəcədə təsir imkanına malikdir. Avropa banklarındakı pulları (çəkilməsi ilə bağlı mübahisələr davam etsə də) və bəzi Avropa ölkələrinə borclarının olması, müharibə olacaği təqdirdə bu borcların ödənilməməsi, enerji böhranı təhlükəsi ilə bərabər iqtisadi baxımdan Avropa üçün ciddi təhlükə mənbəyi sayılır Eyni zamanda, İranı dəstəkləyən fundamentalistlərin Avropaya yayılması, Qərbə və onun müxtəlif ölkələrdəki maraqlarına qarşı terror aksiyalarının törədilməsi Avropanın təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Bütün bu səbəblər həm ABŞ-ı, həm də onun müttəfiqlərini ciddi götür-qoy etməyə vadar edir. Bu arada İİR ordusu iyul ayının 7-sindən etibarən yeni hərbi təlimlərə başlamış və Şahab-3 raketini bir daha sınaqdan keçirmişdir. Bununla da İsrail və ABŞ-a bir daha öz gücünü və İsrail ərazilərini vura biləcəyini xatırladıb. İranın Şahab-3 raketləri 2000 kilometrdə olan hədəfləri vurmaq iqtidarındadır. Bir çox mütəxəssislərin fikrincə bu növ raketlər nüvə başlıqları daşımağa qadirdir. Tehran yaxınlığında davam etdirilən yeni təlimlərdə müxtəlif ordu növlərindən ümumilikdə təxminən 20 min hərbçi iştirak edir. “İİR”in beynəlxalq aləmə meydan oxuyan addımları birmənalı qarşılanmır. Böyük Britaniyanın Baş Naziri Qordon Braun SNN (CNN) telekanalına verdiyi müsahibədə bildirib ki, “İran” onun nüvə proqramının, nüvə silahı əldə etmək məqsədi daşımadığını sübut etməlidir. Braun bu çıxışıyla bir daha həm bu məsələdə Qərbin İranın nüvə silahı əldə etmə çalışmalarına artıq şübhə səviyyəsində yox yəqinlik səviyyəsində baxdığını bildirmiş olub, həm də bunun əksini sübut etmə məsuliyyətinin İranın üzərinə olduğunu vurğulayıb. Qeyd edək ki ABŞ İtaliyanın da danışıqlara cəlb olunmasının tərəfdardır. Belə olan halda prosesdə ABŞ-ın mövqeyini dəstəkləyən ölkələrin sayının da artması da mümkündür. Qordon Braun bildirib ki, “biz istəyirik ki, İran nüvə və kütləvi qırğın silahlarının yayılmaması haqda beynəlxalq konvansionun bəndlərini pozmayacağı haqda tam və qəti öhdəlik götürsün və sübut etsin ki, bu məsələdəki müsbət mövqeyi qətidir”. “İran”la Qərb arasında gərginlik davam etdiyi bir zamanda Avropada İİR əleyhinə mübarizə aparan və İran-İraq müharibəsinin sonlarında İrana böyük bir qoşun dəstəsiylə hücum edən Xalqın Mücahidləri təşkilatının üzvləri fəallaşma nümayiş etdirirlər. Bu təşkilatın hərbi qolu olan Milli Müqavimət Şurası on minlərlə tərəfdarını Parisə toplayaraq beynəlxalq aləmdən bu təşkilatın hərbi mübarizəsinə olan qadağaları ləğv etməyi tələb etdilər. ABŞ-ın və Avropa Birliyinin bu təşkilatı terrorçu təşkilat kimi tanımasına baxmayaraq, bir neçə ay əvvəl İngiltərə məhkəməsi Xalqın Mücahidlərinin siyası qolunun İngiltərədə fəaliyyətyinə icazə verdi və onları terrorçu təşkilat siyahısından çıxartdı. Parisdəki mitinqin təşkilatçılarının iddialarına görə bu aksiyada 70 min insan iştirak etmişdir. Amma bu xəbər rəsmi mənbələr tərəfindən təsdiq olunmayıb. Xatırladaq ki, Avropa ölkələrinin parlamentlərinin də bir neçə üzvü bu mitinqə qatılmışdı. Xalqın Mücahidləri Təşkilatı Avropa və ABŞ-dan tələb edir ki, onların adları terrorçu təşkilatlar siyahısından çıxarılsın və onların açıq şəkildə fəaliyyətlərinə imkan yaradılsın. Müharibə başlayacağı təqdirdə onun ABŞ ilə bərabər əsas iştirakçısı şübhəsiz ki, İsrail olacaq. Belə bir müharibənin olmasını ABŞ-dan daha çox İsrail yetkililəri tələb edir. İranın nüvə silahlarına sahib olub-olmamasından asılı olmayaraq güclənməsi birinci nöbədə İsrailin mənafeyini təhlükə altına salır. İsrailin kəşfiyyat xidmətinin (Mossad) keçmiş rəisi Şabtay Şavyet bildirib ki, İsrailin, İranin nüvə təsisatlarını məhv etmək üçün yalnız bir il vaxtı var. Əks halda nüvə silahına malik olan bir ölkənin hədələrinə məruz qalacaq. Onun sözlərinə görə sanksiyalar İranın nüvə proqramını dayandırmağa mane ola bilməz. Yalnız hərbi müdaxilə ilə bu məsələ həll oluna bilər. Çünkü İran bu bir il həm də yeni hava hücum və müdafiə sistemlərinə malik olmağı nəzərdə tutur (İran Rusiyadan S-300 adlı havadan qorunma silahları almaq istəyir). ABŞ və ya İsrailin İrana mümkün hücumları qonşu ölkələrdə də birmənalı dəyərləndirilmir. Bütün qonşu ölkələr regionda müharibənin əleyhinə olsalar da, “İİR”in regionda lider dövlət olma cəhədlərinə əksər qonşuları narahatçılıq hissi ilə yanaşır. Yaxın Şərqdə Ərəb ölkələrinin aparıcıları olan Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və İraq İranın güclü və nüvə silahına malik dövlət olma cəhdlərindən narahatçılıq keçirəcəklər. Bu ölkələrin bəzisi Fars körfəzi adalarının bir sırasına ərazi iddialari irəli sürür. Bəzi hallarda sərhəd xəttlərinin müəyyənləşdirilməsi məsələsində sazişlər bağlanmasına baxmayaraq problemlər davam edir. Elə İran-İraq müharibəsinə səbəb olan bəhanə də sərhədlərlə bağlı mübahisəli məqamlar idi. Türkiyə bu məsələdə İranin tam işğal olması və mərkəzi hakimiyyətin zəifləməsinin tərəfdarı deyil. İran mərkəzi hakimiyyətin zəifləməsi ölkədə etnik problemlərin qabarmasına, bu da öz növbəsində ya İranın parçalanması nəticəsində “Kürd dövləti”nin yaranmasına, ya da federal üsul idarəsinə keçilməsi nəticəsində ikinci Kürd muxtar vilayətinin yaranmasına səbəb ola bilər. Bu isə Türkiyə üçün çox arzuolunmaz haldır. Orta Asiya və Qafqaz ölkələri də belə bir hücumun baş verməsi ehtimalından narahatlıq keçirirlər. Azərbaycan və Türkəmənistan İranla quru sərhəddə malikdirlər. ABŞ və İsrail Azərbaycan və Türkəmənistanla yaxın münasibətlərə sahibdirlər. İranın bu iki ölkəylə, xüsusən də Azərbaycanla ənənəvi “strateji maraq uyuşmazlığı” davam edir. İranda yaşayan on milyonlarla Azərbaycanlının (Azərbaycan Türkünün) hüquqlarının “İran” mərkəzi hakimiyyəti tərəfindən pozulması və Azərbaycan Respublikasının sadə vətəndaşlarının və hətta çox açıq çəkildə ifadə olunmasa belə dövlət məmurlarının da bu məsələdən narahatlıq keçirmələri İrana qarşı mənfi hisslər yaradıb. Bu isə istər istəməz “İran” rejiminə qarşı beynəlxalq səviyyəli fəaliyyətlərin Azərbaycanlılar və qismən Türkmənlər tərəfindən xoş qarşılanmasına səbəb olan amildir. Amma eyni zamanda ölkələrinin təhlükəsizliyi noqteyi nəzərindən müharibənin baş verməsinə razı ola bilmirlər. Rusiya Amerikanın regionda nüfuzunun artmasından nigarançılıq keçirir. Digər vacib faktorlarla yanaşı Avropaya nəql olunan qaz və xam neftin bir hissəsi Orta Asiya və Azərbaycandan tədarük olduğundan bu bölgədə Rusiya öz nüfuzunu saxlamaq məcburiyyətindədir. Rusiya ABŞ-ın İranda və İranın qonşularında nüfua malik olmasının tərəfdarı deyil. Yaxın Şərq regionu yeni hadisələrə hamilədir. Bölgə ölkələrin mənafeyləri tez-tez toqquşur. Bundan istifadə etməyi bacaran ABŞ və Qərb region ölkələrinin əksəriyyətini nəzarət altında saxlaya bilir. Qalan ölkələr isə ya Qərbə belə olduğu kimi lazımdırlar ya da onların nəzarətə alınması prosesi davam edir. “İran” bir zamanlar İraq və Fars körfəzi ölkələrinə göz dağı kimi ABŞ-ın region siyasətinin bir hissəsini təşkil etsə də bu gün bölgədə tam əks vəziyyət mövcuddur. ABŞ və İsrail vəziyyətin nəzarətdən çıxmasının və maraqlarının daha da böyük təhlükə altına girməsinin qarşısını almaqda qərarlı görünür, eləcə də İran onlara qarşı dirənməkdə. Amma prosesin gedişatında beynəlxalq vəziyyət və qüvvələr nisbəti bu qərarlılıqdan daha həlledici olacaq. Vəziyyət belə qala bilməz! Bəs necə dəyişəcək? Diplomatıyanın fayda vermədiyini iddialı tərəflər dəfələrlə qeyd ediblər. Deməli bir yol qalır. http://www.araztm.az/?mod=actual&id=51

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar