SON XƏBƏRLƏR

Britaniya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

2022.04.12, 14:47
Britaniya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

Gunaz.tv

Bu barədə bu gün Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. “Əgər Rusiyada mövcudluğunuz zəruri deyilsə, ölkəni tərk etməyi düşünməyinizi şiddətlə tövsiyə edirik”, – Britaniya XİN bildirib.

Britaniyalılara Rusiyadan Britaniya və Avropa İttifaqı ölkələrinə birbaşa uçuşların olmaması ilə bağlı xəbərdarlıq edilib: “Yaxın Şərq ölkələri və Türkiyə üzərindən reyslərlə Rusiyanı tərk edə bilərsiniz. Həmçinin əvvəlcə avtobusla Baltikyanı ölkələrə, oradan da sonrakı reyslə İngiltərəyə gələ bilərsiniz”.

XİN Rusiya rublunun dəyərinin sürətlə aşağı düşməsi, inflyasiya və Rusiyada “MasterCard” və “Visa” kartlarının fəaliyyətinin dayandırılması təhlükəsi barədə də bilgi verib: “Bilməlisiniz ki, siz Rusiya bankları vasitəsilə vəsaitlərinizə daxil ola və ya qeyri-Rusiya kredit, debet kartlarından istifadə edərək Rusiya müəssisələrinə ödənişlər edə bilməyəcəksiniz”.

Nazirlik həmçinin bildirir ki, bəzi regionlarda, xüsusən Şimali Qafqazda konsulluq dəstəyi təhlükəsizlik səbəbindən ciddi şəkildə məhdudlaşdırılıb. (azpost.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar