SON XƏBƏRLƏR

Ermənilər Susu da boşaldır - 4 ailə qalıb: "Kəndi təhvil verməliyik"

2022.08.20, 08:00
Ermənilər Susu da boşaldır - 4 ailə qalıb: "Kəndi təhvil verməliyik"

Gunaz.tv

Bu barədə Ermənistan KİV-nə Susdakı erməni icmasının rəhbəri Mxitar Nersisyan bildirib. O deyib ki, bu gün kənddə 4 ailə qalıb, qalanları əşyalarını götürərək gedib.

Nersisyanın sözlərinə görə, Qarabağdakı separatçı rejimin rəhbərliyi onlara yeni mənzillər üçün “sertifikatlar”  verəcəyini vəd edib.
“Əvvəllər Sus kəndində 48-49 ailə yaşayırdı, bir neçə il əvvəl hətta bundan da çox, amma tədricən onların sayı azaldı - getdilər, sonra geri qayıtdılar, yenə getdilər”, - deyə icma başçısı bildirib.

Mxitar Nersisyanın sözlərinə görə, 44 günlük müharibədən sonra onlar fikirləşirdilər ki, Sus kəndi erməni tərəfinin nəzarətində qalacaq, bütün sakinlər geri qayıdacaq.

“Bizə demişdilər ki, delimitasiya və demarkasiya işləri aparılacaq, indi görürük belə bir şey yoxdur, kəndi təhvil verməliyik”, - Mxitar Nersisyan bildirib.

O deyib ki, iki ailə Qarabağın dağlıq hissəsinə köçüb, üçüncüsü də köçməyə hazırlaşır. Separatçılar onlara yeni ev verməyi vəd ediblər.

"Kənddən köçənlərin qalan hissəsi Ermənistanın müxtəlif bölgələrinə gedir", - Mxitar Nersisyan bildirib.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar