SON XƏBƏRLƏR

Urmuda milli fəal həbs edildi

2022.07.16, 14:05
Urmuda milli fəal həbs edildi

Gunaz.tv

Bu gün iyulun 16-da Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində milli fəal Huşəng Nəğizadə iş yerindən çıxarkən təhlükısizlik məmurları tərəfindən saxlanılıb.

Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməsə də, Nəğizadənin bu gün yerli vaxtla saat 18:00-da keçiriləcək aksiya ilə bağlı həbs olunduğu ehtimal edilir.

Bu gün səhər saatlarında təhlükəsizlik idarəsinin əməkdaşları Huşəng Nəğizadə və başqa bir neçə milli fəala zəng edərək onları idarəyə çağırmışdılar.

Məmurlar fəallara Urmu gölü ilə bağlı keçiriləcək aksiyaya qatılmamaq barədə xəbərdarlıq edib, onları həbs edəcəkləri ilə hədələyiblər 

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar