SON XƏBƏRLƏR

"Urmu gölü ilə bağlı verdiyin sözə əməl etmədin"-Millət vəkili prezidenti tənqid etdi

2022.07.19, 09:42
"Urmu gölü ilə bağlı verdiyin sözə əməl etmədin"-Millət vəkili prezidenti tənqid etdi

Gunaz.tv

"Sən öz vədinə əməl etməmisən. Necə olur ki, Qərbi Asiyanın ətraf mühit problemini həll etmək iddiasında olduğun bir halda Urmu gölünün probleminin həllindən aciz qalmıssan"-deyə, Həzrətpur Rəisiyə sual unvanlayıb.

O, dediyi sözlərin bunun bütün azərbaycanlıların ürək sözü olduğunu deyib.

Millət vəkilinin sözlərinə görə, dünya Urmu gölünün durumuna diqqət yetirdiyi halda hökumət bu ekoloji fəlakətə məhəl qoymur.

"Bütün müraciətlərə, çağırışlara baxmayaraq, enerji naziri və başqa səlahiyyətlilər Urmu gölü barədə məlumat vermək istəmirlər. Sankı bu gölün 95 faizi qurumayıb, sankı bərpa işləri üçün ayrılan pullar göyə sovrulmayıb"-deyə, Urmunun millət vəkili İranın enerji nazirini Urmu gölü barədə statistikanı gizlətməkdə ittiham edib.

Qeyd edək ki, bir neçə gün öncə Ruhullah Həzrətpur Urmu gölü barədə danışmış və bərpa işlərinin səmərəsiz olduğunu demişdi.

Ruhullah Həzrətpur bildirmişdi ki, Urmu Gölünün Bərpası Qərargahının əslində "Urmu gölünün məhv edilməsi qərargahı" adlandırılması daha doğru olardı. O, adı çəkilən qərargahın səmərəli iş görmədiyini vurğulamışdı.

Millət vəkilinin sözlərinə görə, Urmu gölünün quruma səbəbinin 18 faizi iqlim dəyişiklikləri ilə, 82 faizi hökumət və əlaqədar qurumların yanlış idarəçiliyi ilə bağlıdır.

O, yaz aylarında yağıntıların çoxaldığına görə göldə müvəqqəti olaraq nisbi su artımının hökumətin bərpa fəaliyyətlərinin hesabına yazılmasını absurd adlandırıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar