Vali Azərbaycan Respublikasına səfərlə bağlı mətbuat konfransı keçirib

26.01.2022, 18:06

Azərbaycan Respublikasına işgüzar səfərlə bağlı mətbuat konfransı keçirən Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəm (Abdin Xurrəm) iki ölkə arasında əlaqələrin zəruriliyindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Qeyd edək ki,  Zeynəlabdin Rəzəvi Xurrəm İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayənin heyətinin tərkibində yanvarın 24-də Azərbaycan Respublikasına səfər edib.

Sərhədyanı əyalətlərin qonşu dövlətlərlə münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışan vali bunu 13-cü hökumətin prioritetlərindən biri adlandırıb.

Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlərinin nəticələrindən danışan Zeynəlabdin Rəzəvi Xurrəm bunu əlaqələrin artırılması və gücləndirilməsi üçün mühüm addım hesab edib.

“Şirkətlərimizin təcrübələri və Azərbaycan tərəfinin əməkdaşlıqda maraqlı olması ilə bağlı açıqlamaları əsasında qərara alınıb ki, bizim podratçılar və texniki mühəndislik şirkətləri Qarabağın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında fəal iştirak etsinlər”-deyə, Şərqi Azərbaycan valisi bildirib.

Onun sözlərinə görə, görüşlərdə İranın özəl sektoru tərəfindən dəmir yollarının çəkilişi, bölgə ərazilərinin və infrastrukturunun yenidən qurulması, azad edilmiş ərazilərdən iki ölkə arasında yüklərin tranziti, avtomobil körpülərinin, gömrük və dəmir yollarının tikintisi barədə razılıq əldə olunub.

Tərəflər həmçinin Cəbrayılda sənaye şəhərciklərinin saınması, Xudafərin bəndinin enerji turbinlərinin işə salınması və Xudaafərin gömrük keçid məntəqəsinin fəaliyyətə başlaması barədə razılığa gəlib.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsi dövründə rəsmi Tehranın tutduğu ədalətsiz mövqe Arazın hər iki tərəfində yaşayan azərbaycanlıların qınağına səbəb olmuşdu.

Sonrakı mərhələdə Tehran hökuməti özünə qarşı yaratdığı hiddəti nəzərə alaraq, Azərbaycan Respublikası ilə münasibətlərdə daha çox Güney Azərbaycan əyalətləri adından istifadə etməyə çalışır.

Bununla bağlı Qərbi, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin valilərinə Azərbaycan Respublikası ilə bağlı münasibətlərdə əlavə səlahiyyətlər verilib. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Amerika “Sepah” polkovnikinin öldürülməsində rolunun olduğunu təkzib edib

2022-05-25

gun az article

Amerika İranlıları Baydenə müraciət edib: İran xalqının internətə çıxışına yardım edin

2022-05-25

gun az article

Azərbaycanda müdafiə xərcləri 20 faizdən çox artırılıb

2022-05-25

gun az article

Öyrəncilər siyasi məhbusa dəstək aksiyası keçirib

2022-05-25

gun az article

Amerika İranın qaçaq neftini daşıyan gəmini saxlayıb

2022-05-25

gun az article

Məhəmmədbaqir Qalibaf yenidən İran parlamentinin başçısı seçilib

2022-05-25

gun az article

SEPAH komandirindən məsullara ittiham: "Övladları Amerika və Kanadaya sığınıb"

2022-05-25

gun az article

Amerika SEPAH-ı terror təşkilatları siyahısında saxlayacaq

2022-05-25

gun az article

Britaniya kəşfiyyatı: "Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir"

2022-05-25

gun az article

Azərbaycan regionun lider ölkəsidir - Bağdad Amreyev

2022-05-25

gun az article

“İstənilən sazişi dəstəkləyirik” - Avropa İttifaqı rəsmisi

2022-05-25

gun az article

Bakıda küçəyə Xarıbülbül adı veriləcək

2022-05-25

gun az article

Kuleba və Blinken arasında telefon danışığı olub

2022-05-24

gun az article

Ukrayna MN-in kəşfiyyat rəisi: “İlin sonunadək Krıma girməliyik”

2022-05-24

gun az article

"SEPAH-da məndən məcburi etiraf aldılar"- İngiltərə vətəndaşı

2022-05-24

gun az article

"Bu il də çətinliklərimiz çox olacaq"- İran prezidentinin müavini

2022-05-24

gun az article

İranda qırıcı təyyarə qəzaya uğradı- Ölənlər var

2022-05-24

gun az article

2021-ci ildə dünyada qeydə alınmış edamların yarısından çoxu İranda icra edilib

2022-05-24

gun az article

Abadanda yaşayış binasının çökməsi ilə bağlı çox sayda məmur həbs edilib

2022-05-24

gun az article

“Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik”- Prezident İlham Əliyev

2022-05-24