SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda istehsalat qəzaları: Onlarla işçi həyatını itirib

2021.10.20, 07:36
Şərqi Azərbaycanda istehsalat qəzaları: Onlarla işçi həyatını itirib

Gunaz.tv

Əli Səfayifərd cari günəş ilinin ilk yarısında əyalətdə 49 nəfərin iş yerində baş verən hadisələr zamanı öldüyünü deyib.

“28 nəfər hündürlükdən yıxılma, 11 nəfər bərk cismin dəyməsi, 3 nəfər elektrik cərəyanı vurması, 1 nəfər oksigen çatışmazlığı, 1 nəfər boğulma və 5 nəfər yanıq xəsarətləri nəticəsində həyatını itirib”-deyə, Səfayifərd “Mehr” xəbər Agentliyinə verdiyi məlumatda bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində 21-i qadın olmaqla 722 nəfərin iş yerlərində xəsarət aldıqları ilə bağlı Tibbi Ekspertiza Mərkəzinə məlumat verilib. 

Qeyd edək ki, iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu avadanlıqlarla təmin edilməməsi ölümhallarının çoxalmasına səbəb olur. 

 

انتصاب مدیر کل جدید اداره کل پزشکی قانونی استان آذربایجان شرقی

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar