Şərqi Azərbaycanın neft və qaz ehtiyatları araşdırılır

19.11.2021, 14:38

Səhənd Texnologiya Universitetinin elmi araşdırmalarınna istinadən Şərqi Azərbaycanın bəzi bölgələrində zəngin neft və qaz ehtiyatlarının olması ehtimalının yüksəkdir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İranın şimal-qərbində neft və qaz kəşfiyyatı tədqiqatları üzrə tədqiqat layihəsinin icraçısı Rza Fəlahət açıqlama verib.

Rza Fəlahət ölkənin şimal-qərbində yerləşən əyalətlərdə neft və qaz kəşfiyyatının ilkin tədqiqatlarının başlamasından danışıb.

"Tədqiqatların birinci mərhələsinin nəticələri göstərdi ki, Şərqi Azərbaycanda ən azı iki regionda neft və qaz kəşfiyyatı potensialı var. Bu layihənin təkmilləşdirilməsi sonrakı mərhələlərdə tədqiqatların həyata keçirilməsini tələb edir”-deyə, Rza Fəlahət “İrna" Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib.

O, deyib ki, tədqiqatların nəticələrinin Bostanabad-Sarab və Miyana-Zəngan bölgələrində layların dərinliyi, qalınlığı və genişlənməsi neft və qaz ehtiyatlarının mümkün əmələ gəlməsi üçün əlverişlidir və bu iki bölgədə karbohidrogenlərin yığılması üçün əlverişli geoloji quruluşlar da mövcuddur.

“Ölkənin şimal-qərb bölgəsində müəyyən edilmiş 5 nöqtədə kəşfiyyat tədqiqatları və yerdən nümunə götürülməsindən sonra Şərqi Azərbaycan əyaləti neft və qaz ehtiyatları sahəsində ən potensial əyalət kimi olaraq müəyyən edilib”-deyə, Rza Fəlahət qeyd edib.

İranın şimal-qərbində neft və qaz kəşfiyyatı tədqiqatları üzrə tədqiqat layihəsinin icraçısının sözlərinə görə, tədqiqatlar ilkin mərhələdədir və növbəti mərhələlərdə Şərqi Azərbaycanın iki bölgəsində neft-qaz ehtiyatlarının mövcudluğu ehtimalı dahada artacaq.

Qeyd edək ki, bir neçə ay bundan öncə Təbrizin Səhənd Texnologiya Universitetinin elmi araşdırmaları mərkəzi Sarab bölgəsində neft və qaz yataqlarının mövcudluğu barədə xəbər yayaraq, ilkin kəşfiyyat işlərinə başlanıldığını bildirmişdi.

Bununla yanaşı Ərdəbil əyalətinin Muğan bölgəsində Cəfərabad kəndi ərazisində də 10 il sürən tədqiqatdan sonra neft və qaz ehtiyatlarının olduğu bildirilir və hazırda burada qazma işləri aparılır.
İran Milli Neft Şirkəti burada 4 milyard bareldən çox yüngül xam neftin olmasını iddia edib.

C.E
 

وجود ذخایر نفت و گاز در آذربایجان‌شرقی محتمل است - ایرنا

Rza Fəlahət

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Marağalı xeyriyyəçilər yeni məktəblərin tikintisinə başlayıb

2021-12-04

gun az article

Xiyav əhalisi kəskin azalıb-Millət vəkili mərkəzi hökuməti laqeydlikdə suçlandırdı

2021-12-04

gun az article

Urmuda 2700 il yaşı olan qiymətli tarixi kurqan məhv edilib

2021-12-04

gun az article

Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

2021-12-04

gun az article

Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

2021-12-04

gun az article

Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

2021-12-04

gun az article

Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

2021-12-04

gun az article

“Traxtur”un qapıçısı Çempionlar Liqasının ən yaxşısı seçildi

2021-12-04

gun az article

Təbrizin cümə imamı Türkiyəyə aviareyslərin çox olmasından narazılığını bildirib

2021-12-04

gun az article

Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

2021-12-04

gun az article

Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

2021-12-03

gun az article

Təbrizdə qazdan zəhərlənmə halları çoxalıb

2021-12-03

gun az article

Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

2021-12-03

gun az article

Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

2021-12-03

gun az article

Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv ola bilər: Şəhər fərmandarından xəbərdarlıq

2021-12-03

gun az article

Təbrizə qar yağdı - FOTOLAR

2021-12-03

gun az article

Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

2021-12-03

gun az article

Güney Azərbaycan təşkilatı BMT “Milli dil və etnik azlıqlar” mövzusunda keçirilən toplantısına qatılıb

2021-12-03

gun az article

Tanınmış ekoloq Urmu gölü ətrafında yaranan duz fırtınasından danışıb

2021-12-02

gun az article

Qərbi Azərbaycanda xarici vətəndaşları girov götürən dəstə üzvləri saxlanılıb

2021-12-02