Tərtərdə ermənilərin raketlə dağıtdıqları ev muzey kimi qorunacaq

05.10.2021, 16:59

Vətən müharibəsi zamanı döyüş meydanında uduzduğunu anlayan erməni terrorçuları öz məkrli planlarını işə salmağa başlamışdı.

Gunaz.tv Quote | Gunaz article

Beləliklə, düşmənin silahlı bölmələri ağır artilleriya qurğularından və raket komplekslərindən də istifadə etməklə döyüş meydanından kənarda mülki əhaliyə və obyektlərə qarşı həmlələr etməyə başladı.

Gün ərzində ağır artilleriya qurğularından atılan 2000 mərminin düşdüyü Tərtər rayonu ağır raket zərbələrinə də məruz qalırdı.

Ermənilərin atdığı raketlərdən biri də Tərtər rayon sakini sahib İsmayılovun yaşadığı evə düşüb. I Qarabağ müharibəsində Kəlbəcərdə xəyalları dağılan Sahib İsmayılovun Vətən müharibəsi zamanı erməni terrorçuları Tərtərdə yaşadığı evini raketlə dağıtdılar.

Sahib İsmayılov əslən Kəlbəcər rayonundandır. Kəlbəcəri ermənilər işğal etdikləri zamanı öz ata – baba yurdunu tərk etməyə məcbur olur. Deyir ki, məcburi köçkün düşdüyü gündən bu vaxta qədər, çətinliklə ailəsi üçün bir ev tikib başa çatdırır. 

Özünün dediyi kimi, heç bir zaman düşünməzdi ki, nə vaxtsa əziyyətlə tikdiyi həmin ev elə ermənilərin atdığı raket zərbəsi ilə məhv ediləcək. Raketin düşdüyü bu evin sahibi illər ötsə də, nə Kəlbəcəri tərk etdiyi zaman yaşadıqlarını, nə də o dəhşətli anları heç bir zaman unutmayacaq.

Sahib İsmayılov bildirib ki, ermənilərin atdığı dağıdıcı raket onların evinə düşməzdən 5-6 dəqiqə əvvəl evdən çıxaraq sığınacağa doğru hərəkət ediblər: "Həmin vaxt evdə 10-12 nəfər idik. Qohumlardan da varıydı, özümüz də 6 nəfərdən ibarət ailəyik. Həmin vaxt raketlə, topla şəhərə atırdılar. Biz o vaxt sığınacağa çıxmaq istəyirdik. Yenicə evdən çıxmışdıq, bir də gördük ki, böyük bir raket evimizin üstünə düşdü" - deyə o əlavə edib.

Qeyd edək ki, Vətən müharibəsi zamanı düşmənin ağır artilleriya qurğularından və raket komplekslərindən atəşi nəticəsində Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanıb. 

Həmçinin müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.

Məlumat üçün bildirək ki, raket hücumu zamanı dağıdılan, Sahib İsmayılova məxsus fərdi yaşayış evi olduğu kimi muzey şəkilində qorunub saxlanılacaq. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda dolların məzənnəsi yenidən rekord qırdı: 1 dollar 30 min 270 tümən

2021-12-05

gun az article

İranın Çaharmahal və Bəxtiyari əyalətində naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb- FOTO

2021-12-05

gun az article

İranın Nətənz nüvə təsisatı yaxınlığında güclü partlayış olub - FOTO

2021-12-05

gun az article

Qarabağda daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-12-05

gun az article

İraqda 5 terrorçu zərərsizləşdirildi

2021-12-05

gun az article

Blinken və Lavrov Ukraynanı müzakirə edib

2021-12-05

gun az article

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

2021-12-04

gun az article

İranda koronavirusdan daha 58 nəfər ölüb, 2 157 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-12-04

gun az article

Əziz Səncər Şuşaya səfər edib

2021-12-04

gun az article

İranda söz azadlığının boğulması və senzuranın güclənməsi etiraz doğurdu: Yazıçılar Birliyi bəyanat yaydı

2021-12-04

gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04