SON XƏBƏRLƏR

Ruhani: “Siz səlahiyyətləri olmayan bir şəxsdən hansı məsuliyyəti gözləyə bilərsiniz”

2021.10.20, 07:36
Ruhani: “Siz səlahiyyətləri olmayan bir şəxsdən hansı məsuliyyəti gözləyə bilərsiniz”

Gunaz.tv

GünazTV: İran prezidenti Həsən Ruhani avqustun 28-də Tehranda keçirilən bir tədbirdə çıxış edərək, ölkədə yaşanan iqtisadi böhrandan və bunu aradan qaldırmaq üçün hökumətinin, eləcə də ölkə prezidenti olaraq öz səlahiyyətlərinin məhdudluğundan gileylənib.

 

Öz çıxışında dolayısı yolla hökumətlə yanaşı paralel qurumların fəaliyyətinə toxunan Ruhani deyib ki, hökumətin ölkədə yaşanan problemləri aradan qaldırmaq üçün lazımi səlahiyyətləri olmalı, başqa qurumlar hökumətin işinə qarışmamalıdırlar: “Təəssüflər olsun ki, ölkədə mövcud olan nəzarət qurumları öz vəzifələrində səhvə yol veriblər. Hesab edirəm ki, həmin nəzarət qurumlarına başçılıq edənlər onların fəaliyyətlərinə qismən də olsa yenidən baxmalıdırlar.

 

Siz, səlahiyyətləri olmayan bir şəxsdən hansı məsuliyyəti gözləyə bilərsiniz. Hesab edirəm ki, nə qədər ki, bu nəzarət qurumları hökumətin işinə qarışırlar, heç bir şəxs bu ölkədə prezident olsa belə uğurlu olmayacaq və əlindən bir iş gəlməyəcək” –deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

 

Xatırladaq ki, son aylar Həsən Ruhani etdiyi müxtəlif çıxışlarında ölkəyə hakim siyasi və iqtisadi problemlərin həlli üçün ona və hökumətinə özəl səlahiyyətlər verilməsini, eləcə də nəzarət qurumlarının hökumətin işinə müdaxiləsinin dayandırılmasını tələb etsə də, hakimiyyətdaxili bəzi radikal şəxs və cərəyanların mənfi reaksiyası ilə üzləşib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar