SON XƏBƏRLƏR

Rus-gürcü müharibəsi Azərbaycan mediasında

2021.10.20, 07:36
Rus-gürcü müharibəsi Azərbaycan mediasında

Gunaz.tv
Rus-gürcü müharibəsi Azərbaycan mediasında yazanqelem.bmp Akif Aşırlı: "Gürcüstan həqiqətlərinin dünyaya çıxarılmasında Azərbaycan informasiya dəstəyi göstərdi" Rusiyanın Gürcüstana qarşı işğalçı hərbi əməliyyatlar keçirdiyi günlərdə və sonrakı proseslərdə Azərbaycan dövləti, ictimaiyyəti, mətbuat və telekanallarımız birmənalı mövqe sərgilədi və sərgiləməkdədir. Tiflisin Cənubi Osetiyada suverenliyini bərpa etmək məqsədiylə hərbi əməliyyatlara başladığı günün səhəri rəsmi Bakı birmənalı bəyanat verdi. Rəsmi Bakının mövqeyini Xarici İşlər Hazirliyinin sözçüsü Xəzər İbrahim açıqladı və Gürcüstanın öz ərazi bütövlüyünün bərpası istiqamətində haqlı addım atdığını vurğuladı. Rusiyanın ərazi bütövlüyünü bərpa etməyə çalışan Gürcüstana qarşı aqressiv davranış sərgiləməsinə isə BAXCP, o cümlədən, digər partiyalar, ictimai təşkilatlar sərt təpki verdilər, şimal qonşumuzu başqa bir ölkənin ərazisini işğal etməsinin yolverilməz olduğu bəyanlandı. Rəvan Məmmədli Bəzi siyasilər son proseslər zamanı Azərbaycanın Gürcüstana yetərincə dəstək vermədiyini söyləsələr də, bu ölkənin BMT-dəki daimi nümayəndəsinin çıxışı vəziyyətin fərqli olduğunu ortaya qoydu. Ölkəmizin adı Tiflisə ciddi humanitar və digər dəstək verən 6 ölkənin sırasında çəkildi. Əslində hərbi əməliyyatlar dövründə Bakının Gürcüstana enerji daşıyıcılarının nəqlini, sərnişin daşıyan qatarların hərəkətini davam etdirməsi, Tiflisin təhlükəsizlik zəmanəti vermədiyini bəyanlamasına qədər təyyarə uçuşunu dayandırmaması, ölkədən çıxan gürcülərin məhz Azərbaycana üz tutması hər şeyi ortaya qoyurdu. Dörd dövlət başçısının da Tiflisə məhz Azərbaycandan keçərək getməsi ciddi anlam verir. Prezidentlər Ermənistandan da keçə bilərdilər, amma Azərbaycana üstünlük veriblər ki, bu da təsadüfi sayıla bilməz. Mediamızın Gürcüstanın haqlı fəaliyyətinə dəstəyi və Rusiyanın işğalçılıq hərəkətlərini pisləməsi də də göz önündəydi. "Xalq Cəbhəsi" qəzeti də öncüllər sırasında yer aldı və almaqdadır. Qəzet ilk gündən başlayaraq Gürcüstanın Cənubi Osetiyada suverenliyini bərpa etmək təşəbbüsünü alqışladı, Rusiyanın təcavüzünü isə sovet imperiyasını bərpa təşəbbüsü kimi qiymətləndirdi. Mətbuatımızın Gürcüstan hadisələri zamanı sərgilədiyi mövqe ilə bğlı sulalarımızı cavablandıran "525-ci qəzet"in baş relaktoru Rəşad Məcid deyir ki, Azərbaycan mətbuatı, telekanallarımız normal mövqe tudub: "Hər halda informasiyalar obyektiv çatdırıldı. Xeyli dərəcədə Gürcüstanın haqlı mövqeyinin müdafiə olunması bir sıra köşə yazılarında açıq-aşkar hiss olunurdu". "Şərq" qəzetinin baş relaktoru Akif Aşırlı da Azərbaycan mətbuatının obyektiv mövqe tutduğunu söləyir. Obyektiv mövqeyinə görə mediamız müəyyən mənada müdaxilələrə məruz də qalıb. "day.az" saytına, AHS portalına rus hakerlərin hücumu da bunu təsdiqləyir: "Əlbəttə, biz Gürcüstanla strateji müttəfiqik. Gürcüstanın problemləri müəyyən mənada Azərbaycanın problemləriylə eyniyyət təşkil edir. Gürcüstan beynəlxalq hüquq normaları və qanunlar çərçivəsində öz ərazi bütövlüyünü qorumağa cəhd göstərdi. Rusiya bu prosesə müdaxilə etməklə Gürcüstanın öz dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün göstərdiyi bu cəhdə qarşı hərbi təcavüz həyata keçirdi. Bu hərbi təcavüzü 20 yanvarda Rusiyadan görmüşük və o zamandan bu hərbi təcavüzü yaşayırıq. İkincisi, Dağlıq Qarabağ probleminin həllində Moskvanın hansı mövqe tutduğu da bizə bəllidir. Ona görə də birmənalı şəkildə Gürcüstan həqiqətlərinin dünyaya çıxarılmasında Azərbaycan informasiya dəstəyi göstərməliydi və bu dəstəyi göstərdi". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar