SON XƏBƏRLƏR

RUSİYA CƏMİL BAYIKA SIĞINACAQ VERƏ BİLƏR

2021.10.20, 07:36
RUSİYA CƏMİL BAYIKA SIĞINACAQ VERƏ BİLƏR

Gunaz.tv
RUSİYA CƏMİL BAYIKA SIĞINACAQ VERƏ BİLƏR Səlahəddin şəhərində Bərzani ilə görüşən Primakov qəfil İrəvana gedib 5217.jpg Artıq neçə gündür istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında PKK terror təşkilatının hərbi qanadına rəhbərlik edənlərdən Cəmil Bayıkın bir qrup mühafizəçisi ilə birlikdə Ermənistana keçməsi barədə xəbərlər dolaşır. Xəbər verildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 10-da rəsmi açıqlama yayaraq ayın əvvəlində aparılmış əməliyyatın təfərrüatları haqda kəşfiyyat mənbələri tərəfindən təsdiqlənmiş rəsmi məlumatları ictimaiyyətə çatdırıb. Bu məlumatlarda deyilirdi ki, Qəndil dağlarındakı PKK düşərgələrində 150-dən çox terrorçunun öldürülməsi ilə nəticələnən hava zərbələrindən sonra təşkilatın rəhbərliyi pərən-pərən düşüb. PKK liderlərindən Cəmil Bayık bir qrup terrorçu ilə birlikdə qonşu ölkələrdən birinə qaçıb. Sərhədi keçərkən həmin ölkənin təhlükəsizlik qüvvələri ilə baş verən atışmada Bayıkın mühafizəçilərinin bir çoxu öldürülüb. Əslində Bayıkın Ermənistan və Azərbaycandakı PKK ünsürləri ilə çoxdan əlaqələri var. Elə bu günlərdə Türkiyə mediası onun şəxsi mühafizəçilərindən olmuş terrorçunun ifadələrini dərc etmişdi. Həmin şəxsin dediyinə görə, PKK-nın İrəvanda, Tiflisdə, Naxçıvanda siyasi strukturlarının yaradılmasında iştirak edib, daha sonra Azərbaycan üzərindən İrana, oradan isə İraqa keçərək C.Bayıkın mühafizəçisi olub. Bir qədər əvvəl Türkiyə kəşfiyyatının yaydığı məlumatlarda isə deyilirdi ki, C.Bayık başqa məşhur terrorçular Murad Qarailan və Fərman Hüseynlə birlikdə PKK-nın Ermənistanda yerləşməsini müzakirə etmək üçün İrəvana gəliblər. Bu detalı nəzərə alaraq təqib edilən terrorçunun Ermənistandan Naxçıvana, yaxud Dağlıq Qarabağa keçəcəyi istisna deyil. İkinci variant daha real görünür, çünki Dağlıq Qarabağ nəzarət edilməyən ərazidir. Türkiyə tərəfi C.Bayıkın Ermənistanda olduğunu müəyyən etsə, beynəlxalq hüququn qaydalarına görə, İrəvan onu tutub təhvil verməlidir. Dünən onun məsləkdaşları Fahmi Bahoz və Murad Qarailanın taleyi ilə bağlı qeyri-rəsmi məlumat yayılıb. Məlumatlara görə, Murad Qarailan hazırda Balkan ölkələrinin birindədir. Fahmi Bahozun isə Rusiyada olduğu bildirilir. Başqa bir maraqlı xəbər isə dünən kurdistan.ru saytında yayılıb. Xəbərdə deyilir ki, iki gün əvvəl İraqın Kürdüstan vilayətinin Səlahəddin şəhərində Rusiya Xarici Kəşfiyyat Xidmətinin sabiq direktoru Yevgeni Primakov Məsud Bərzani ilə görüşüb. Primakovla görüşdə Bərzani Rusiya ilə əlaqələrin vacibliyindən və getdikcə inkişaf etdirilməsindən danışıb. “Rusiya həmişə kürdlərin böyük dostu olub. Biz istəyərdik ki, Rusiya Kürdüstana, onun iqtisadiyyatına investisiyalar qoysun”- deyə Bərzani bildirib. Bu yayılan rəsmi xəbərdir. Xəbərin ardınca da deyilir ki, bundan sonra tərəflər bağlı qapılar arxasında görüşüblər. Maraqlısı həm də odur ki, Primakov bu görüşdən sonra İrəvana uçmalı olub. Bəzi ekspertlərin fikrincə, Primakovun “Kürdüstan”-Ermənistan marşrutu ilə qəfil trayektoriya qurması məhz Bayıkla bağlı ola bilər. Söhbət ondan gedir ki, Bayıkın tezliklə Ermənistandan Rusiyaya təhvil veriləcəyi istisna deyil. Çünki Rusiya zamanında PKK lideri Abdulla Öcalana bir müddət sığınacaq verib. Həmin vaxt Apo Rusiyanın Yaroslavl şəhərindəki “Solneçnaya” sanatoriyasında qalırdı. Amma Bayıka sığınacaq verilməsi Rusiyaya başqa məqama görə də lazımdır. Söhbət ondan gedir ki, Bərzani-Primakov danışıqlarının əsas mövzularından biri də Rusiya şirkətlərinin “Kürdüstan” ərazisində yerləşən neft yataqlarınının istismarında iştirakı ilə bağlı olub. Xatırladaq ki, elə həmyerlimiz Vahid Ələkbərov da bir müddət əvvəl Rusiya mətbuatına verdiyi açıqlamasında sahibi olduğu “Lukoyl” şirkətinin İraq neftinin hasilatında iştirakı üçün bu ölkəylə əlaqələr qurmasının vacibliyindən danışmışdı. Səbuhi MƏMMƏDLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar