SON XƏBƏRLƏR

Rusiya GUAM-ın daha bir təklifinə qarşı çıxır

2021.10.20, 07:36
Rusiya GUAM-ın daha bir təklifinə qarşı çıxır

Gunaz.tv
Rusiya GUAM-ın daha bir təklifinə qarşı çıxır GUAM-ın Kiyevdə keçirilən son energetika sammitindən sonra qazın Avropaya nəqlinə nəzarəti həyata keçirmək üçün yaradılması təklif edilən Dispetçer Mərkəzi ideyası Rusiyada bəyənilməyib. Rusiya Dövlət Dumasının sədr müavini Aleksandr Babkov Ukraynanın qaz nəqli sisteminin yaxşı vəziyyətdə olmadığını və sistemdə modernləşməyə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, xarici investorları cəlb etmədən bunu etmək mümkün olmayacaq. Çıxış yolunu beynəlxalq konsersium yaratmaqda görən Rusiya rusiyalı investorların da prosesə cəlb edilməsini istəyir. Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Yuşşenko tərəfindən yaradılması təklif edilən Dispetçer Mərkəzinə GUAM üzvü olan Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova təmsilçiləri ilə yanaşı Latviya, Litva, Estoniya və Polşa nümayəndələri də daxil ediləcək. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar