SON XƏBƏRLƏR

RUSİYA HƏRBİ BİRLƏŞMƏLƏRİ GÜRCÜSTAN SƏRHƏDİNDƏ TƏLİMLƏRƏ BAŞLAYIB

2021.10.20, 07:36
RUSİYA HƏRBİ BİRLƏŞMƏLƏRİ GÜRCÜSTAN SƏRHƏDİNDƏ TƏLİMLƏRƏ BAŞLAYIB

Gunaz.tv
RUSİYA HƏRBİ BİRLƏŞMƏLƏRİ GÜRCÜSTAN SƏRHƏDİNDƏ TƏLİMLƏRƏ BAŞLAYIB gurcu_bayragi.jpg Rusiya quru qoşunlarının komandanının köməkçisi polkovnik İqor Konaşenkov “Qafqaz-2008” təlimləri çərçivəsində iki desant bölüyünün Gürcüstan sərhədindəki dağlıq aşırımda mövqe tutduğunu bildirib. Desant bölükləri Roksk və Mamison aşırımlarında təlim keçirlər. Rusiya hərbi dairələri təlimlərin gürcü-abxaz münaqişəsi ilə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Təlimlərə cəlb olunan Rusiya qoşun birlikləri hazırda dağ şəraitində şərti düşməni zərərsizləşdirmək üsullarını öyrənirlər. Təlim proqramına uyğun olaraq sabahdan etibarən desant bölüklərinin terrorçu birləşmələrə qarşı mübarizədə iştirakı metodları sınaqdan keçiriləcək. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar